Dövlətimizin güclü siyasi iradəsi var

Azərbaycanda uzun illərdir ki, ictimai-siyasi sabitliyin hökm sürməsi, həm idarəetmədə, həm də iqtisadiyyatda islahatların aparılması cəmiyyətdə dövlətə olan inamı daha da artırmış və seçki proseslərinin dinamikliyini təmin etmişdir. Məhz bu baxımdan  aprelin 11-də  keçiriləcək prezident seçkilərinə həm müxtəlif siyasi partiyalar, beynəlxalq təşkilatlar,  həm də seçicilər tərəfindən böyük maraq müşahidə olunmaqdadır.

Ölkəmizdə prezident seçkilərinə hazırlıq seçki qanunvericiliyinə uyğun olaraq, müəyyən olunmuş şərtlərlə dinamik fazada davam edir. Prezident seçkilərinin azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi vardır. Seçkilərin mütəşəkkil formada təşkili üçün lazımi addımlar atılmaqdadır. Müxtəlif siyasi partiya nümayəndələrinin və fərdi şəxslərin namizədliyinin təsdiqlənməsi seçkinin aktiv və dinamik keçəcəyindən xəbər verir. Aparılan təhlillər göstərir ki, əhalinin seçkiyə marağı böyükdür. Hər kəsin seçib-seçilmək hüququndan fəal istifadə etmək istəyi ölkəmizdə siyasi rəqabət mühitinin formalaşdığını deməyə əsas verir. Azərbaycanda dinamik iqtisadi və siyasi islahatlar aparılır. İnanırıq ki, seçkidən sonra bu islahatlar daha da sürətlənəcək.

Azərbaycanda keçirilən seçkilər hər zaman beynəlxalq təşkilatların maraq dairəsində olmuşdur. Aprelin 11-nə təyin olunan prezident seçkilərinə də diqqət böyükdür. Artıq 60-dan çox beynəlxalq müşahidəçi qeydiyyatdan keçmiş,  ATƏT-in  Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının üzvləri Azərbaycanda fəaliyyətə başlamışdır.

Əminəm ki, Azərbaycanda prezident seçkiləri yüksək standartlarla, azad və ədalətli keçirilməklə, xalqın iradəsini əks etdirəcəkdir.

Tahir MİRKİŞİLİ,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında