Siyasi ekspert: Azərbaycanın seçki qanunvericiliyi bazası demokratik dəyərlərə söykənir

“Azərbaycan mütərəqqi və demokratik, eləcə də dövrün qlobal çağırışlarına cavab verən ölkə olaraq beynəlxalq aləmdə öz sözünü deməkdədir. Sosial, iqtisadi, siyasi, mədəniyyət, idman və s. sahələrdə əldə edilən nailiyyətlər, eləcə də siyasi sabitlik belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır”. Bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq prosesinə, eləcə də ölkədəki seçkiqabağı prosesə münasibət bildirərkən deyib.

B.Quliyevin sözlərinə görə, Azərbaycan istər postsovet, istərsə də dünya və Avropa məkanında qabaqcıl dövlətlərdəndir. Burada seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi uzun illərin təcrübəsinə və seçici siyasi şüurunun yetkinləşməsinə söykənir:

“Artıq tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı, ölkə seçicisi ictimai-siyasi prosesləri dərindən bilir və bu reallıqla yanaşı, seçkilərdə hansı namizədə səs verəcəyini özü sərbəst şəkildə müəyyənləşdirir. Digər tərəfdən, ölkəmizdə demokratik seçki institutunun mövcudluğu hələ Xalq Cümhuriyyəti dövrünə təsadüf edir ki, məhz həmin vaxtlarda qadınlara seçki hüququnun verilməsi ilkin olaraq reallaşdırıldı. Məhz bu mənada vurğulaya bilərik ki, Azərbaycan Şərq və Avropa məkanında demokratik seçki məktəbi formalaşdırmış ilk ölkələrdəndir. Hətta bu gün ölkəmizdə seçkiləri izləyən bir sıra xarici müşahidəçilər belə həmin məktəbin nə qədər önəmli və tarixi prinsiplərə əsaslandığını etiraf edir, alqışlayırlar”.

Siyasi ekspert qeyd edilənlərlə yanaşı, Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin mövcudluğunun modern standartlara bağlı olduğunu deyib. O, bu fikirlərini təkmilləşdirilmiş və ən müasir seçki mühitinə cavab verən Seçki Məcəlləsi ilə əlaqələndirib: “Məhz mövcud Seçki Məcəlləmizlə biz azad, şəffaf və demokratik seçkilər keçirmək imkanlarına malikik.

Seçkiqabağı dövrə media və internet resursları, eyni zamanda, informasiya texnologiyaları kontekstindən yanaşsaq, istər jurnalist, istər sosial şəbəkə istifadəçiləri, istərsə də vətəndaş üçün yaradılan şərait şəffaflığa əsaslanır. Təbii ki, belə bir imkanın yaradılması seçki qanunvericilinin demokratik dəyərlərə söykənməsinin bariz göstəricisidir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında