“Bakı Forumunda müzakirəyə çıxarılmış mövzular düşündürücüdür”

Dünən Azərbaycanın paytaxtında VI Qlobal Bakı Forumu öz işinə başlayıb.
Bu beynəlxalq tədbirə 50-dən çox ölkədən 450-dən çox nümayəndə, o cümlədən, dövlət və hökumət başçıları, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

VI Qlobal Bakı Forumunun iştirakçılarından bəzilərinin tədbirlə bağlı təəssüratlarını öyrəndik. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç bildirdi:

– Azərbaycanın dünyada sülh və təhlükəsizlik işinə vermək istədiyi mühüm töhfələri alqışlayırıq. Bu istiqamətdə Bakıda müxtəlif beynəlxalq tədbirlər, konfranslar keçirilir, dünyanın düşünən beyinləri, intellekt sahibləri mövcud problemlərin həllinə cəlb edilir.

VI Qlobal Bakı Forumunda müzakirəyə çıxarılmış mövzular düşündürücüdür və bu gün dünyada baş verən problemlərin həlli bizdən daha çox səylər göstərməyi tələb edir. Ayrı-ayrı ölkələrdə baş verən müharibələr, münaqişələr ciddi problemlər yaradır, insanlar həyatlarını itirir, yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalırlar. Bu cür mənfi halların olmaması üçün birgə addımlar atmalıyıq. Müəyyən prinsiplər tətbiq olunmalıdır, ortaq məxrəcə gəlinməlidir, liderlər kompromisə getməyi bacarmalıdırlar. Güzəştə getməmək dünyada qarışıqlıq yaradır. Problemləri birgə həll etməyi bacarmalıyıq.

Mənim təmsil etdiyim Bosniya və Herseqovina Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Münaqişənin həlli üçün ən optimal üsul beynəlxalq səviyyədə qəbul edilmiş hüquq norma və prinsiplərinə əməl etmək, BMT qətnamələrini yerinə yetirməkdir. 2013-cü ilin yanvarında Bosniya və Herseqovinanın Parlament Assambleyasının Nümayəndələr Palatası, həmin ilin fevralında isə Parlament Assambleyasının Xalqlar Palatası (Yuxarı Palata) Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək və hörmət haqqında qətnamələr qəbul edib. Bu qətnamələrdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə dəstək ifadə olunub.

Biz əminik ki, bu tipli münaqişələr ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında