Petru LUÇİNSKİ: Bu gün Azərbaycan həqiqətən çox şeyə nail olmuşdur

Bəlli olduğu kimi, bu günlərdə Azərbaycan paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu keçirilir. Dünyanın çox yerindən paytaxtımıza təşrif buyurmuş görkəmli dövlət xadimləri, siyasətçilər arasında Moldovanın sabiq prezidenti Petru Luçinski də var. Moldavalı qonaq tədbirin əhəmiyyəti barədə dünışarkən bunları demişdir:

– Mən VI Qlobal Bakı Forumunda iştirak etməyimdən çox məmnunam. Tədbirin açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin nitqini böyük maraqla dinlədim. Azərbaycanın dünyanın və regionun bu gərgin vaxtlarında dövlətlər və xalqlar arasında sülh və əməkdaşlıq körpüsü yaratmaq təşəbbüsünü alqışlayıram.

Ölkəniz böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan, həqiqətən çox şeyə nail olub. Bu, bir həqiqətdir. Mən şəxsən dost Azərbaycanın uğurlarına hədsiz dərəcədə sevinirəm. İnanıram ki, Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq. 

Mən dünən forum çərçivəsində “Çoxluqlar azlıqlara qarşı” mövzusunda keçirilən panel iclasında çıxış etdim. Burada çox mühüm məsələlər barədə konstruktiv müzakirələr baş tutdu. Görünən budur ki, bu gün dünyada xalqlar və dövlətlər arasında, təəssüf ki, kəskin etimadsızlıq mühiti yaranıb, planetimizin çox yerində münaqişə və müharibələr artıb. Bu, çox təhlükəli tendensiyadır.

Bütün bunların qarşısını almaq üçün etnik, dini və başqa münaqişələrin hərtərəfli və ədalətli nizamlanma yolları tapılmalıdır. Bakı Forumunda məhz etibarlı idarəetmə və nizamlanma yolları axtarılır. Bu mənada, fikrimcə, forumun əhəmiyyəti olduqca böyükdür.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında