Elçin MİRZƏBƏYLİ: Bako Saakyanın ABŞ-a səfəri aqressiv separatizmə, terrorizmə dəstək verilməsi anlamına gəlir

Bako Saakyan Azərbaycanın işğal altında olan ərazilərində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin və hərbi birləşmələrin təmsilçisidir. Onun ABŞ-a səfər etməsinə imkan yaradılması işğala, aqressiv separatizmə, terrorizmə dəstək verilməsi anlamına gəlir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib. O qeyd edib ki, ABŞ-a səfər üçün viza verilməsi proseduru həddən artıq mürəkkəbdir. Donald Tramp hakimiyyətə gəldikdən sonra rəsmi Vaşinqton miqrasiya siyasətini daha da sərtləşdirib. Ötən ilin fevralından etibarən ABŞ-ın Ermənistandakı səfirliyi viza ilə bağlı yeni qaydalar müəyyənləşdirib və Birləşmiş Ştatlara səfər etmək istəyən şəxslər səfirlikdə müsahibədən keçir, özləri haqqında daha ətraflı məlumat verirlər. Şübhəsiz ki, ABŞ-ın Ermənistandakı səfirliyində Bako Saakyanın kim olduğunu yaxşı bildiklərini deyən siyasi ekspert, həmçinin əlavə edib ki, Bako Saakyana Ermənistan pasportu ilə ABŞ-a səfər üçün viza verilməsi isə həm də bu ölkənin qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. ABŞ-ın miqrasiya qanunvericiliyində ölkəyə səfər üçün viza verilməsindən imtinaya əsas verən amillərin sayı kifayət qədər çoxdur.

Elçin Mirzəbəylinin sözlərinə görə, ABŞ-a səfər etmək istəyən şəxsin cinayətkar keçmişi və bu günü, özü haqqında yalan məlumatlar verməsi, millətçi qruplarda və terror təşkilatlarında təmsil olunması da var. Qeyd olunanların hər biri Bako Saakyanın ABŞ-a səfərinə icazə verilməməsinə əsas verir. Yəni, Bako Saakyan Azərbaycan torpaqlarının işğalı və dinc əhaliyə qarşı cinayətlərdə, terror aksiyalarında iştirak edib. Ekspert bildirib ki, B.Saakyan azərbaycanlılara qarşı etnik təmizləməni təbliğ edən və bu istiqamətdə millətçi çağırışlar səsləndirib, eyni zamanda, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda özünü Dağlıq Qarabağın erməni icmasının rəhbəri qismində təqdim etdiyi halda ABŞ səfirliyinə viza almaq üçün Ermənistan vətəndaşı kimi müraciət edib. Göründüyü kimi, adıçəkilən şəxsin ABŞ-a səfərini qadağan edən, Birləşmiş Ştatların qanunvericiliyindən irəli gələn məqamların sayı yetərincədir.

Məsələnin siyasi tərəfinə gəldikdə isə, bu, Vaşinqtonun növbəti riyakar davranışı kimi dəyərləndirilməlidir. Bako Saakyanın ABŞ-a səfər etməsinə şərait yaradılması bu ölkənin BMT Təhlükəsizlik Şurasında və ATƏT-in Minsk qrupundakı mandatına da ziddir. Bu fakt Birləşmiş Ştatların vasitəçilik missiyasını da şübhə altına alır.

Elçin Mirzəbəylinin fikrincə, Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qondarma qurumların nümayəndələrinin ABŞ-a səfərinə qadağa qoyulması, eyni statusu daşıyan Bako Saakyana isə “yaşıl işıq” yandırılması təəssüf ki, Vaşinqtonun ənənəvi ikiüzlü siyasətindən, geosiyasi maraqlarından, ədalətə deyil, gücə güvəndiyindən xəbər verir. Baş verən hadisələrin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə, o cümlədən ABŞ-ın danışıqlardakı vasitəçilik missiyasına ciddi zərbə vuracağını bildirən ekspert problemin hərb yolu ilə həlli perspektivini daha da gücləndirəcəyini vurğulayıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında