Qəlbimdə Azərbaycanın öz yeri var

Braziliyanın Paraiba Dövlət Universitetinin professoru Sudha Svarnakar ilə görüşdük. Bildirdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə VI Qlobal Forumda iştirak edir. S.Svarnakar forumda çox mühüm problemlərlə bağlı geniş müzakirələr aparıldığını, ölkəmizə heyran olduğunu vurğuladı.

Mən Bakı ilə – sizin gözəl şəhərinizlə yenidən tanış olmaq imkanı əldə etmişəm. Necə də füsunkar şəhərdir. Burada hər şey göz oxşayır. Ümumiyyətlə, qəlbimdə Azərbaycanın öz yeri var.

İnsanlarınız çox mehribandır. Adam elə bilir ki, öz doğmaları ilə görüşür. İndi Bakı Slavyan Universitetində görüşə gəlmişik. Bu universitetlə tanışlıq bizi məftun etdi. Burada hər şey müasir üslubda qurulmuşdur.

Sudha Svarnakar bildirdi ki, bir neçə Azərbaycan ədəbiyyatı nümunəsini portuqal dilinə tərcümə edib və əcnəbi tələbələr bu əsərləri maraqla oxuyur. Bakıya hər səfərində BSU-ya baş çəkdiyini vurğulayan qonaq burada Nizami Gəncəvinin əsərlərindən ibarət guşəyə heyran qaldığını dilə gətirdi.

Söhbəti yazdı:
M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında