Qlobal Bakı Forumunun əhəmiyyəti ildən-ilə artmaqdadır

Dünən Azərbaycanın paytaxtında VI Qlobal Bakı Forumu öz işinə başlayıb. Bu beynəlxalq tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən, dövlət və hökumət başçıları, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forum iştirakçılarından bəzilərinin tədbirlə və Azərbaycanla bağlı təəssüratlarını öyrəndik. Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev bildirdi:

- Azərbaycan dünyada sülh və təhlükəsizlik, sivilizasiyaların birgə yaşayışı işinə mühüm töhfələr verən ölkə kimi tanınır. Dövlət başçınız İlham Əliyev  bu məqsədlərin həyata keçirilməsi üçün Bakıda müxtəlif beynəlxalq tədbirlər, konfranslar keçirmək ideyası ilə çıxış edib. Bax, bizim bu forumda iştirakımız da məhz Prezident İlham Əliyevin xoş təşəbbüsünün nəticəsidir.

Qeyd etməliyəm ki, Qlobal Bakı Forumunun əhəmiyyəti ildən-ilə artmaqdadır və dünyanın düşünən başları mütəmadi olaraq Bakıda toplaşıb bəşəriyyətin qarşısında duran bu və ya digər problemlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanır. Bu gün forumda iştirak edən keçmiş və hazırkı prezidentlər, hökumət başçıları, dünyanın tanınmış siyasətçiləri və siyasi ekspertlər bir araya gələrək mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələləri müzakirə edirlər. Belə bir platforma ətrafında toplaşmaq imkanı yaratdığı üçün Azərbaycan rəhbərliyinə minnətdarlığımızı bildiririk. Biz bu gün dünyada mövcud olan problemlərin müzakirəsini aparmalı, onların həlli yollarını tapmalıyıq. Biz hamımız sülh, tolerantlıq istəyirik. Bu baxımdan qlobal forum çox vacib məkandır.

Bakıda olduğumuz müddətdə paytaxt şəhərinizdə aparılan quruculuq, abadlıq işləri ilə də tanış olmaq imkanımız oldu. Bakının gözəlliyinə, onun zahiri görkəmində tarixiliklə müasirliyin qovuşmasına heyran qalmamaq mümkün deyil. İçərişəhərlə tanışlıqdan xüsusi zövq aldıq. Azərbaycan xalqının öz şərəfli tarixi ilə öyünməyə tam haqqı var.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında