Hər bir seçicinin öz iradəsini sərbəst ifadə etməsi demokratiyanın mühüm şərtidir

Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru, Strasburq Universitetinin doktoru, dosent Vazeh Əskərovun sechki-2018.az saytına müsahibəsi:

- Vazeh müəllim, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ölkəmizdə seçki prosesini, cəmiyyətin bütövlükdə seçkilərdə fəallığını necə qiymətləndirirsiniz?

 - 2018-ci il Azərbaycanda prezident seçkiləri ilidir. Bu il eyni zamanda, dövlətimizin başçısının sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Yəni ölkəmiz iki mühüm ictimai-siyasi, həm də tarixi bir dövrü yaşayır. Mən ilk dəfə 1998-ci ildə səsvermə hüququndan istifadə etmişəm. Artıq həmin tarixdən 20 il keçir. Bu illər ərzində Azərbaycanda seçki mühiti daha da təkmilləşdirilib və seçkilərin daha rahat, açıq və şəffaf keçirilməsi, eləcə də seçicilərin maarifləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Eləcə də aparıcı dünya dövlətlərinin seçki təcrübələri diqqətlə təhlil edilərək öyrənilib. Bir vətəndaş kimi, seçki prosesini hamılıqla müşahidə edirik və bu prosesdə aktiv olmağa çalışırıq. Seçkilərə hazırlıq prosesi uğurla gedir. Prezident seçkilərinin qanunvericiliyə tam uyğun keçiriləcəyi və səsvermə prosesində yüksək seçici fəallığının olacağı şübhəsizdir. Bu seçkilər Azərbaycanda demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım olacaq.

 Qeyd etmək istərdim ki, ölkəmizdə kifayət qədər seçki ənənəsi formalaşıb və 11 aprel prezident seçkilərini daha mükəmməl qanunvericilik bazası əsasında keçirilməsinə şərait vardır. Bütün bu sadalanan məsələlər bir daha onu göstərir ki, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı seçki öncəsi bir daha səfərbər olmalı və Seçki Məcəlləsi haqqında maksimum məlumat toplayaraq seçkilərdə fəal iştirak etməlidir.

- Seçkiləri ölkədaxili və xarici media, təşkilatlar diqqətlə izləyəcək. Ümumiyyətlə, Azərbaycandakı seçkilərə beynəlxalq maraq hansı səviyyədədir?

- Ümumilikdə Prezident seçkiləri bütün dünyada böyük maraqla izlənilən bir prosesdir. Azərbaycan kimi ölkələrə maraq xüsusilə böyük olur. Çünki bizim geostrateji mövqeyimiz elədir ki, həm Şərq, həm də Qərb ölkələrinin bizə marağı var. Həmçinin ölkəmizin təşəbbüsü və iştirakçısı olduğu qlobal əhəmiyyətli layihələr uğurla icra edilir. Azərbaycandakı seçki prosesini xeyli beynəlxalq müşahidəçi izləyəcək.

Müsahibəni aldı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında