Azərbaycan mədəniyyəti bu gün özünün yeni intibah dövrünü yaşayır

Bu günlərdə Azərbaycanın ictimai-siyasi həyatında nəzərəçarpan bir fəallıq, canlanma hiss olunur. Bunun əsas səbəbi hər kəsə yaxşı bəllidir. Axı, bu il aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. 

Düşünürəm ki, bu mühüm siyasi kampaniyada iştirak etmək hər birimizin vətəndaşlıq borcumuzdur. Şübhəsiz, hamı kimi, mən də səsvermə günü həvəslə seçki məntəqəsinə gələrək, müstəqil Azərbaycan dövlətinin başçısı postuna ən layiqli namizədə səs verəcəyəm.

Mən əminəm ki, ölkəmizdə budəfəki seçkilər əvvəlki illərdə olduğu kimi, tam sərbəst, şəffaf şəraitdə keçiriləcək. Bu gün seçicilərin çoxu siyasi cəhətdən yetkin və məlumatlı insanlardır. Onlar hansı namizədin xalqa, millətə daha çox fayda verə biləcəyini özləri yaxşı bilirlər.

Uzun illərdir ki, mədəniyyət sahəsində çalışıram. Xeyli müddət Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Ə. Dadaşovun rəhbərlik etdiyi ansamblın solisti olmuşam. SSRİ xalqlarının 1979-cu ildə Bişkekdə keçirilən folklor musiqisi festivalında, 1987-ci ildə Səmərqənddə musiqişünasların Beynəlxalq simpoziumunda, eləcə də 1988-ci ildə Xalq artistləri Alim Qasımov və Ramiz Quliyevlə birgə UNESCO xətti ilə ABŞ-da keçirilən “Şərq xalqlarının musiqi folkloru” festivalında iştirak etmişəm.

Bu faktları özümü reklam və təbliğ etmək üçün demirəm. Ona görə qeyd edirəm ki, mən hər yerdə ecazkar Azərbaycan musiqisinin böyük hörmətlə qarşlandığını görmüşəm və bundan hər zaman fəxr duymuşam.

Azərbaycan dövləti xalqımızın mədəniyyətinin, musiqisinin inkişafına həqiqətən böyük qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu istiqamətdə böyük rolu xüsusi alqışalayiqdir. Fikrimcə, məhz bu diqqət və qayğı milli mədəniyyətimizdə yeni intibah dövrünün başlanmasına şərait yaradıb. Bütün bunlar sənətçi dostlarımla bərabər, mənim də qəlbimi dağa döndərir. 

Şəfiqə EYVAZOVA,
Azərbaycan Milli Konservatoriyasının professoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında