“Azərbaycan dövləti mədəniyyətimizin inkişafına böyük qayğı göstərir”

Ölkəmizdə bu il apreldə keçiriləcək prezident seçkiləri üzrə səsvermə günü yaxınlaşdıqca, bu mühüm siyasi kampaniyaya hazırlıq prosesi ölkə mediasının gündəmində prioritet mövzulardan birinə çevrilir.

Bu, heç də təsadüfi deyil. Belə ki, bu gün Azərbaycanda kifayət qədər fəal vətəndaş cəmiyyəti formalaşıb. Ölkə vətəndaşları Azərbaycanın ictimai-siyasi həyatında azad, şəffaf seçkilərin əhəmiyyətini yaxşı başa düşürlər. Bu barədə söz düşəndə tanınmış estrada müğənnisi, Xalq artisti Yalçın Rzazadə bunları dedi:

– Doğma Azərbaycanımın həyatındakı hər bir müsbət hadisə, təbii ki, məni çox sevindirir. Mən qarşıdakı prezident seçkilərini ölkəmizin həyatında irəliyə doğru, pozitiv addım hesab edirəm.

Azərbaycan sivil, demokratik inkişaf yolunu seçmiş ölkələrdəndir. Bu yol ölkəmizin Konstitusiyasında təsbit olunub. Ulu öndər hər zaman vurğulayırdı ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz. Həqiqətən də belədir. Ölkəmiz dünyanın qabaqcıl, mədəni dövlətləri ilə bir sırada addımlayır.

Sevindirici haldır ki, dahi siyasətçi Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə xidmət edən müdrik siyasi xətti çağdaş dövrdə dövlətimiz tərəfindən uğurla davam etdirilir. Reallıq budur ki, respublikamızın son illər regionun ən sabit ölkəsinə çevrilib. Xalqımız bunu görür və yüksək qiymətləndirir.

Bəli, bu gün Azərbaycan dövləti mədəniyyətimizin inkişafına heç bir başqa ölkədə olmayan qədər böyük qayğı göstərir. Bu misilsiz qayğı və diqqətin miqyasını təsəvvür etmək üçün təkcə Heydər Əliyev Fondu tərəfindən görülən böyük işləri xatırlamaq kifayətdir.

Tam cəsarətlə deyə bilərəm ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın ölkəmizin görkəmli mədəniyyət xadimlərinə, istedadlı gənclərə göstərdiyi qayğının analoqu bu gün dünyanın heç bir ölkəsində yoxdur. Bütün bunlar bizi, əlbəttə, çox sevindirir, ruhlandırır. 

Mən səbirsizliklə səsvermə gününü gözləyirəm. Böyük həvəslə Azərbaycanın tərəqqisinə, parlaq gələcəyinə səs verəcəyəm.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında