Aprelin 11-ni səbirsizliklə gözləyirik

Azərbaycanda prezident seçkilərinə hazırlığın gedişində müxtəlif ictimai-siyasi təşkilatlarla yanaşı, mədəniyyətimizi təmsil edən qurumlar da fəal iştirak edirlər. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir.

Son illər mədəniyyət aləmində də əsaslı islahatların həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Kino, teatr, musiqi, təsviri və tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunmuş dövlət proqramları və cənab Prezidentin ölkədə mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı vardır.

Son illərdə təmir edilmiş və yenidən qurulmuş çoxsaylı tarixi, monumental abidələr, tikililər, mədəniyyət ocaqları arasında teatrlarımızın, o cümlədən Azərbaycan Dövlət Musiqili Teatrının binasının olması dövlətin teatr sənətinə göstərdiyi diqqətin bariz nümunəsidir. Yarandığı vaxtdan mədəniyyət və incəsənət tariximizə bir çox qiymətli səhnə əsəri bəxş etmiş Azərbaycan Dövlət Musiqili Teatrına bugünkü müasir və beynəlxalq standartlara cavab verən, hətta, Avropa teatrlarının binaları ilə müqayisə olunacaq şəraitin yaradılması olduqca qürurverici haldır.

Ölkəmizin mədəni irsinin daha da zənginləşdirilməsi və dünyada geniş təbliği, gənc istedadların yetişdirilməsi tolerantlıq və stabilliyi ilə digər ölkələrə nümunə ola biləcək Azərbaycanın mədəni inkişafını sürətləndirir. Mədəniyyət və incəsənətin tərəqqisi, bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğı, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bunun əyani təsdiqidir.

Biz qürur duyuruq ki, ulu öndər Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün də davam etdirilir. Mədəniyyət və incəsənət xadimlərinə fəxri adların və fərdi təqaüdlərin verilməsi barədə imzalanmış fərman və sərəncamlar, sənət adamlarının sosial şəraitini yaxşılaşdırmaq üçün onlara verilən mənzillər bunun bariz nümunəsidir.

İnanıram ki, bütün mədəniyyət işçilərimiz böyük məsuliyyət və mütəşəkkilliklə aprelin 11-də prezident seçkilərində iştirak edəcəklər.

Xalqımızın gələcək rifahı naminə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi də prezident seçkilərində böyük həvəslə və məsuliyyətlə iştirak edəcək, yenidən ən layiqli namizədə, daha doğrusu, haqqa, ədalətə səs verəcək.

Əliqismət LALAYEV,
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru,
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında