Ölkəmizin daha işıqlı sabahı naminə...

Müstəqillik yolu ilə böyük inamla irəliləyən Azərbaycanın əldə etdiyi hər bir uğur onun beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir, ölkəmizin tərəqqi və inkişafına geniş üfüqlər açır. Ötən illər həyatın bütün sahələrində əldə olunan nailiyyətlər ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasında qərarlaşdırmışdır. Bu inkişafa, tərəqqiyə idmançılarımız da öz qiymətli töhfələrini vermişlər. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq aləmdə, həm də güclü idman ölkəsi kimi böyük nüfuz qazanmış, dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir.

Beynəlxalq idman qurumları Azərbaycanın geniş imkanlarını, burada gedən müsbət prosesləri görərək böyük məmnuniyyətlə ən nüfuzlu tədbirlərin təşkilini respublikamıza həvalə edirlər. Qeyd edim ki, nəinki Bakıda, artıq ölkəmizin bütün bölgələrində ən müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması irimiqyaslı, çoxnövlü idman tədbirlərinin təşkili üçün də geniş imkanlar yaradır. Müxtəlif idman növləri üzrə dünya, Avropa çempionatları, kubok yarışları, beynəlxalq turnirlər ən yüksək səviyyədə paytaxt Bakı və regionlarımızda təşkil edilir.

İdman tədbirlərinin təşkili sahəsində əldə etdiyimiz zəngin təcrübə, bu sahədə infrastrukturun geniş imkanları Avropanın idman tarixində yeni bir səhifə açmış ilk Avropa Oyunlarına ev sahibliyinin paytaxt Bakıya həvalə olunmasında böyük rol oynadı. 50 ölkədən minlərlə idmançının 17 gün ərzində “Odlar Yurdu”ndakı mübarizəsi Avropa idman tarixinə zəfər, dostluq, qardaşlıq bayramı kimi yazıldı. Avropa Oyunlarının ən yüksək standartlarını yaratmış ölkəmiz bir ildən sonra daha bir şərəfli missiyanı layiqincə yerinə yetirdi. Bakıda təşkil olunan, əsl həmrəylik və idman bayramına çevrilən IV İslam Həmrəyliyi Oyunları ilə İslam aləminə, eləcə də dünyaya qiymətli töhfələr verdik.

I Avropa Oyunlarında 56 medal qazanmaqla ikinci yerə yüksələn Azərbaycan idmançılarının İslamiadada 162 medalla fəxri kürsünün ilk pilləsində qərarlaşması ölkəmzin güclü potensialını bütün dünyaya nümayiş etdirdi.

İdman sahəsində əldə etdiyimiz bütün bu nailiyyətlər, qazandığımız qələbələr Azərbaycanın müstəqillik dövründə mümkün olub. Paytaxt və regionlarımızda uşaq və gənclərin idmanla məşğul olması üçün yaradılan şəraitin getdikcə daha da yaxşılaşması gələcəyin sağlam gəncliyinin formalaşması üçün mühüm vasitədir. Bu gün hər birimiz əldə edilən uğurlarla qürur duyur, bacardığımız qədər bu inkişafa töhfələrimizi verməyə çalışırıq.

Qarşıda xalqımızı gözləyən 11 aprel prezident seçkiləri bizim üçün böyük önəm kəsb edir. Bu gün hər birimiz getdikcə inkişaf edən, möhkəmlənən ölkəmizin daha işıqlı, parlaq gələcəyinə böyük inam bəsləyirik. Elə bu inam, arzu ilə Azərbaycanın daha işıqlı sabahı naminə xalqımızın xoşbəxt gələcəyinə səs verəcəyik!

Zemfira MEFTAHETDİNOVA,
Olimpiya çempionu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında