Respublikamız mühüm siyasi hadisənin astanasındadır

Ölkə mühüm siyasi hadisənin astanasındadır. Prezident seçkilərinə hazırlıq prosesi böyük vüsət alıb və tam coşqunluqla davam edir. Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün ölkədə hər cür şərait mövcuddur.

Məlum olduğu kimi, demokratik seçkilərin keçirilməsi 3 əsas şərti özündə ehtiva edir--alternativlik, seçki kampaniyasının azad keçirilməsi və seçicilərin öz iradələrini azad şəkildə ifadə etməsi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan demokratiya, hüquqi dövlət qurmaq istiqamətində inamla irəliləyir və böyük uğurlara nail olub.

Hazırda prezidentliyə 7 namizəd qeydə alınıb ki, bu da alternativliyin bariz nümunəsidir. Ölkədə seçki kampaniyasının azad keçirilməsi üçün bütün zəruri tədbirlər görülür–seçici siyahıları dəqiqləşdirilib, seçki məntəqələri formalaşdırılıb, seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir, beynəlxalq təşkilatlara müşahidə üçün dəvətnamələr göndərilib. Hələ 2005-ci ildən başlayaraq seçici siyahıları internet səhifəsində çap olunur, bu da seçicilərə imkan verir ki, seçkilərdə heç bir çətinlik olmadan iştirak etsinlər. Bir sözlə, Mərkəzi Seçki Komissiyası seçkilərin demokratik və şəffaf keçirilməsi üçün “exit—poll” da daxil olmaqla, bütün mütərəqqi üsullardan istifadə edir.

Bu, bir aksiomdur ki, iqtisadiyyatı güclü olan dövlətin siyasəti də güclü olur və belə dövlət hər sahədə söz sahibinə çevrilir. Azərbaycan bu gün belə bir dövlətdir və prezident seçkilərinin keçirilməsi həm iqtisadiyyatımızın, həm də dövlətçiliyimizin daha da möhkəmlənməsi baxımından məqsədəuyğundur və bütün beynəlxalq norma və standartlara cavab verir.

Heç şübhə yoxdur ki, aprelin 11-də – seçki hüququ olan vətəndaşlarımız seçki məntəqələrinə gəlib öz düzgün seçimlərini edəcək və ən ləyaqətli namizədi 7 il müddətinə Azərbaycan Respubilkasının Prezidenti seçəcəklər. 

Rüfət QULİYEV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında