Seçicilər öz iradələrini sərbəst şəkildə ifadə edəcəklər

Respublikamızda keçiriləcək prezident seçkilərində hər bir seçicinin öz iradəsini sərbəst ifadə etmək və nəzərdə tutduğu namizədi seçmək hüququ var. Azərbaycanda  əlverişli seçki mühitinin yaradılması həm də onu deməyə əsas verir ki, ölkəmizdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilir.

İnkişaf etmiş demokratik ölkələrdə səsvermə kampaniyasının uğuru, əsasən, seçicilərin nümayiş etdirdiyi fəallıqla bağlıdır: əgər seçici fəallığı yüksəkdirsə, deməli, seçki də uğurla nəticələnir.

Azərbaycan cəmiyyətində də seçicilər siyasi cəhətdən kifayət qədər yetkin və fəal olduqlarını  dəfələrlə sübuta yetirmişlər. Məhz buna görə də inanıram ki,  aprelin 11-də keçiriləcək prezident seçkiləri ölkə vətəndaşlarının yüksək siyasi yetkinliyə malik olduqlarını bir daha nümayiş etdirəcək.

Ümid edirəm ki, qarşıdakı  prezident seçkiləri Azərbaycanın tarixinə daha yüksək nəticələrlə yazılacaq. Ölkəmiz ərazi cəhətdən əksər dünya ölkələrindən kiçik olsa da, onun seçki təcrübəsi  bir çox dövlətlərdə olduğundan qat-qat zəngindir. Hələ yüz il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ölkəmiz Şərqdə qadına ilk səs hüququ verən dövlət olmuşdur. Bu, ölkəmizin mükəmməl seçki təcrübəsinin və demokratik dəyərlərə malik olmasının bariz nümunəsidir.

Elçin QULİYEV,
Milli Məclisin deputatı

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında