Binəli Yıldırım: VI Qlobal Bakı Forumunda aktual məsələlər müzakirə olunacaq

Altıncı Qlobal Bakı Forumunda bir sıra aktual məsələlər müzakirə olunacaq.

Bu fikri Türkiyənin Baş naziri Binəli Yıldırım Forumda iştirak etmək üçün Azərbaycana səfərindən əvvəl Ankaradakı Esenboğa Hava Limanında keçirdiyi mətbuat konfransında söyləyib.

Türkiyənin regional əməkdaşlığın daha geniş formada davam etdirilməsində maraqlı olduğunu vurğulayan Baş nazir səfər çərçivəsində keçirəcəyi görüşlərin önəmini qeyd edib.

Binəli Yıldırım Türkiyə, Azərbaycan, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək dördtərəfli görüşünün əhəmiyyətini də vurğulayıb. O, Türkiyənin Qafqazda və Orta Asiyada sabitliyin qorunmasına böyük önəm verdiyini deyib.

Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında