“Müstəqil Azərbaycanda seçki mədəniyyəti seçkidən-seçkiyə yüksəlir”

Hər ötən gün bizi prezident seçkilərinə yaxınlaşdırır. Azərbaycan ictimaiyyətində bu mühüm siyasi kampaniyanın uğurla keçiriləcəyinə dərin inam var.

Vətəndaşlar yaxşı başa düşürlər ki, azad, demokratik seçkilər ölkəmizdə ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, cəmiyyətdə harmoniya və qarşılıqlı anlaşmanın daha da güclənməsinə təsir göstərəcək. Qarşıdakı prezident seçkilərinin əhəmiyyəti barədə söz düşəndə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov bunları dedi:

– Bəllidir ki, hər bir ölkənin ictimai-siyasi həyatında seçkilərin olduqca böyük əhəmiyyəti var. Belə ki, azad, demokratik seçkilər vətəndaş fəallığını artırır. Müstəqil Azərbaycan məhz belə azad və ədalətli seçkilər keçirməyi bacaran ölkələrdəndir. 

Hesab edirəm ki, şəffaf, ədalətli seçkilər ölkə vətəndaşlarının siyasi iradəsini, arzu və istəklərini əks etdirir. Əminəm ki, 11 aprel seçkilərinin nəticələrində məhz xalqımızın siyasi iradəsi öz real əksini tapacaq.

Azərbaycan xalqı isə azad, sərbəst, demokratik seçki keçirməyi yaxşı bacarır. Müstəqil Azərbaycanda seçki mədəniyyəti seçkidən-seçkiyə yüksəlir. Bu, reallıqdır, bu amil ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir.

Son illər müstəqil Azərbaycanda bütün sahələrdə heyrətamiz uğurlar əldə olunub. Fikrimcə, uğurlarımız ölkəmizdə düzgün idarəçiliyin nəticəsində mümkün olub. Burada sabitlik amilinin təsiri böyükdür.

Bəli, ölkəmizdə uzun illər bərqərar olan ictimai-siyasi sabitliyi qorumaq çox vacibdir. Sirr deyil ki, harada sabitlik var, qanunlar işləyir, orada inkişaf və tərəqqi üçün etibarlı zəmin yaranır.

Ulu öndər Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanı uçuruma yuvarlanmaqdan, xaos və özbaşınalıqdan xilas etdi, ölkəmizi tərəqqi yoluna çıxardı. Sevindirici haldır ki, bu yol hazırda böyük uğurla davam etdirilir. Xalq öz dövlətinə güvənir və etibar edir.

Mən sonda dərin inam hissi ilə vurğulamaq istəyirəm. Həmvətənlərimin səsvermə zamanı ən layiqli namizədə səs verəcəklərinə əminəm. Hər kəsi düzgün və ədalətli seçim etməyə çağırıram. İnanıram ki, seçicilər məhz sabitliyə, inkişaf və tərəqqiyə səs verəcəklər.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında