Rumıniyalı deputat Dağlıq Qarabağa qanunsuz səfərlərə münasibət bildirib

“Parlamentlərarası əlaqələr hər zaman Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığın əsas komponentlərindən biri olub”.

 Bunu APA-ya açıqlamasında Rumıniya Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Viktor Paul Dobre deyib.

 O bildirib ki, Rumıniya parlamenti Azərbaycan Milli Məclisi ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda geniş dialoq aparır: “Bu isə iki ölkə arasında dostluğun və etimadın güclənməsinə böyük töhfə verir. Hər iki ölkə parlamenti mövcud ikitərəfli əlaqələrə siyasi dəstək verib. Biz Azərbaycanla Rumıniya arasında tərəfdaşlığın inkişafına sadiqik və bunda maraqlıyıq. Bakıda keçirəcəyim görüşlər zamanı bütün sahələrdə əlaqələri daha da inkişaf etdirmək istiqamətində müzakirələr aparacağıq. Parlament diplomatiyası bu istiqamətdə güclü və effektli alət olaraq qalır”.

 Deputat bəzi ölkələrin deputatlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfərlərinə də münasibət bildirib: “Biz bu günə kimi belə bir situasiya ilə rastlaşmamışıq. Rumıniya parlament üzvləri məsələ ilə bağlı xəbərdardır və Azərbaycanın mövqeyini bilirlər”.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında