Ölkəmizin uğurları artdıqca, seçicilərin fəallığı yüksəlir

İctimaiyyətə yaxşı məlum olduğu kimi, bu il aprelin 11-də Azərbaycanda yeni prezident seçkiləri keçiriləcək. Mətbuatdan aldığımız məlumata görə, artıq Mərkəzi Seçki Komissiyası seçkilərin demokratik qaydada hazırlanıb keçirilməsinin təmin olunması üçün Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq fəaliyyətə başlayıb. İnanırıq ki, Azərbaycanın müstəqillik qazandığı vaxtdan bəri, xüsusilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra qazanılmış böyük seçki təcrübəsi bu dəfə də şəffaf və ədalətli seçkilərin keçirilməsini təmin edəcək.

Elə MSK sədri Məzahir Pənahov da hər dəfə seçki ilə bağlı çıxışlarında qeyd edir ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik şəffaf və demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradır. Onun sözlərinə görə, bütün seçki komissiyalarının fəaliyyətinin Seçki Məcəlləsinin tələbinə uyğun təmin edilməsi üçün də hər cür şərait mövcuddur. 

İndiyədək keçirilmiş seçkilərin nəticələrinə əsasən, demək olar ki, ölkənin milli maraqlarına uyğun müstəqil siyasət yürüdən Azərbaycan azad və demokratik seçkilər keçirmək sahəsində zəngin təcrübə toplamışdır. Bizim seçki təcrübəmiz son illərdə bir sıra ədalətli beynəlxalq təşkilatlar tərəfindən də lazımi qiymətini alıb, təqdir olunub. Şübhəsiz, bu dəfə də çalışmalıyıq ki, Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə yüksək qiymətini alsın, demokratik seçkilər kimi qiymətləndirilsin.

Biz ölkə ziyalıları bilirik ki, Azərbaycanda hər dəfə seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi çox böyük rol oynayıb. Ölkəmizdə ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində bərqərar olmuş, hazırkı hakimiyyət tərəfindən cəsarətlə qorunub saxlanan sabitlik, təhlükəsiz mühit də seçkilərin demokratik prinsiplər əsasında keçirilməsini şərtləndirən mühüm amillərdəndir. Bundan əlavə, ölkədə vətəndaş həmrəyliyi, iqtidar-xalq birliyi təmin edilib. Azərbaycanda demokratik prinsiplərin, sabitliyin bərqərar olması, qazanılan sosial-iqtisadi nailiyyətlər, aparılan köklü islahatlar seçkidən-seçkiyə seçicilərin fəallığının artmasına səbəb olub. Seçicilərimiz də inanırlar ki, indiyə qədərki seçkilərin təcrübəsi qarşıdakı prezident seçkilərinin ən yüksək demokratik meyarlara uyğun şəkildə keçirilməsinə imkan verəcək və həmişə olduğu kimi, beynəlxalq və yerli müşahidəçilər seçkilərin nəticələri ilə bağlı müsbət rəylər söyləyəcəklər.

Musa BƏDƏLOV,
biologiya üzrə fəlsəfə doktoru, 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında