Qarşıdakı prezident seçkisi xalqın iradəsinin təntənəsinə çevriləcək

Söhbət təkcə son 100 – 150 ildə keçirilən seçkilərdən getmir. Ümumiyyətlə, tarix boyu həmişə on, əlli, yüz adam bir məsələ barədə razılığa gəlmək istəyəndə, əl qaldırıb səs verirdilər ki, qəbul edilmiş qərar çoxluğun istəyini əks etdirsin. Babalarımız bu açıq səsverməni mərdanəlik, ədalətlilik kimi qiymətləndiriblər. İndi isə onun adı demokratik seçkilər kimi qəbul edilib. Yəni hansısa xarici ölkədən gəlmiş kimsə bizə demokratiya dərsi keçmək istəyəndə bunu nəzərə almalıdır.

Bundan başqa, müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti hələ 100 il əvvəl ölkədə seçkilərin demokratik və ədalətli şəkildə keçirilməsinə nail olmaq üçün xüsusi qərarlar, qaydalar qəbul etmişdi. Həmin qərarların ən demokratiklərindən biri də qadınlara səsvermədə iştirak hüququnun verilməsi idi. Yəni seçki məsələsi bizdə həmişə ədalətin, bərabərliyin, şəffaflığın – bütövlükdə, demokratiyanın göstəricisi kimi dəyərləndirilib.

Mən bir ziyalı, müəllim kimi məmnunam ki, Azərbaycan dövləti xalqımızın yüz illər boyu formalaşdırdığı ədalətli səsvermə ənənələrini daha da təkmilləşdirərək yaşadır və inkişaf etdirir. Bir adamın iki dəfə səs verməsinin qarşısını almaq məqsədilə seçicinin barmağının görünməyən mürəkkəblə işarələnməsi, seçki məntəqələrində “veb-kameralar”ın quraşdırılması, ölkədə fəaliyyət göstərən bütün siyasi partiya, blok və ya hərəkatların namizədlərinə bərabər şəraitin yaradılması, bütün namizədlərin nümayəndələrinin səsvermə prosesini və səslərin sayılmasını müşahidə edə bilməsi, xaricdən gələn çoxsaylı müşahidəçilərin və əcnəbi jurnalistlərin istənilən dairə və ya məntəqədə müşahidə aparması demokratiyanın göstəriciləridir. 

Ona görə də inanıram ki, dövlətin demokratik seçki keçirmək ənənəsi, xalqın istək və arzusu, həmçinin, Azərbaycanın daha da inkişaf etməsini arzulayan beynəlxalq təşkilatların dəstəyi ilə 11 aprel prezident seçkiləri də uğurla başa çatacaq, xalqımıza və dövlətimizə növbəti başucalığı və üzağlığı gətirəcəkdir.

Telman HACIYEV,

fəlsəfə elmləri doktoru,

professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında