Jan Fransua Mansel: Prezident seçkiləri Azərbaycanın demokratik inkişaf yolunda qazandığı uğurların daha bir göstəricisi olacaq

Azərbaycan Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü Jan Fransua Mansel sechki-2018.az saytına müsahibə verərək Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini açıqlayıb. Müsahibəni təqdim edirik:

– Cənab Mansel, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ümumiyyətlə, siz Azərbaycanda seçki mühitini necə qiymətləndirirsiniz ?

– May ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüzilliyi qeyd ediləcək. Bu, Azərbaycan tarixi üçün əlamətdar gündür. Ondan bir ay əvvəl ölkədə keçiriləcək prezident seçkiləri də böyük tarixi əhəmiyyət daşıyır. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan müasir, dinamik inkişaf edən, bacarıqlı insanları ilə seçilən, beynəlxalq aləmdə hörmət qazanan ölkəyə çevrilib. Azərbaycan müxtəlif xalqların nümayəndələrinin birgə firavan yaşadığı ölkədir. Düşünürəm ki, prezident seçkiləri ölkənin demokratik inkişaf yolunda qazandığı uğurların göstəricisi olacaq.

– Qeyd etdiyiniz kimi, bu gün Azərbaycan sürətlə inkişaf edir, beynəlxalq miqyasda, o cümlədən regionda böyük hörmətə və nüfuza malikdir. Azərbaycanda keçiriləcək seçkilər ölkənin gələcək inkişafı və region üçün hansı əhəmiyyəti daşıyır?

– Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Şimal və cənubdakı qonşuları ilə münasibətdə onun dinc və müstəqil siyasət yürütməsi bu coğrafi məkanda sabitliyin əsas elementidir. Hesab edirəm ki, prezident seçkilərinin nəticələri bu reallığı demokratik şəkildə möhkəmləndirəcək. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişafın davam etməsi üçün seçkilər böyük əhəmiyyət daşıyır. Növbəti prezidentlik dövründə də əhalinin yaşayış səviyyəsinin müntəzəm olaraq yaxşılaşdırılması, neft və qaz ehtiyatlarından asılılığın azaldılması və qeyri-neft sektorunun şaxələndirilməsi kimi məsələlərin diqqət mərkəzində saxlanılması çox önəmlidir. Bununla yanaşı, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə, işğala və qurbanlar almaqda davam edən münaqişəyə son qoymaq, beynəlxalq ictimaiyyətin bu məsələdə dəstəyini əldə etmək üçün də seçkilər böyük əhəmiyyət daşıyır.

Bildiyiniz kimi, Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri birgə firavan yaşayır. Seçkilərin nəticəsi bu firavan birgəyaşayışın qorunması üçün də önəmlidir. Nəhayət, Azərbaycan “Ekspo 2025” sərgisini həyata keçirməklə öz bacarığını nümayis etdirmək , dünya miqyasında tutduğu yeri möhkəmləndirmək istəyir. Növbəti seçkilər məhz bu tarixi nailiyyətin əldə olunması üçün də vacibdir.

Təqdim etdi:

Anar TURAN,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında