“Azad seçkilər Azərbaycana olan inam və etimadı daha da gücləndirəcək”

Müstəqil Azərbaycanda keçiriləcək prezident seçkilərinə təxminən bir ay qalır. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti seçkilərin əvvəlki illərdə olduğu kimi, bu dəfə də tam azad, sərbəst şəraitdə  keçəcəyinə əmindir. Hər kəs başa düşür ki, şəffaf, ədalətli seçkilər sabitliyə, milli həmrəyliyə zəmanət verir. O yerdə ki, sabitlik var, orada inkişaf və tərəqqi üçün yeni üfüqlər açılır. Görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev qarşıdakı seçkilər barədə söz düşəndə bunları dedi:

– Mən dünyanın çox yerində olmuşam. “Ən yaxın dostum” adlandırdığım, sədəfli tarımla hər yerdə xalqımızın zəngin musiqisini böyük həvəs və coşqu ilə təqdim etməyə çalışmışam. Həm sovetlər dönəmində, həm də Azərbaycan öz milli istiqlalına qovuşandan sonra onlarla ölkədə solo konsertlər vermişəm.

Azərbaycan musiqisi təkrarolunmazdır, ecazkardır. Bunu hamı bilir. Burada incə bir məqam var. Nə gizlədim, müstəqil Azərbaycanın sənətçisi olaraq xalqımı xarici ölkələrdə təmsil etmək mənə daha böyük qürur və şərəf verib. Mən ulu öndər Heydər Əliyevin qurub-yaratdığı azad ölkənin sənətçisi olmağımdan sonsuz qürur duyuram. 

Son illər dünyanın hər yerində Azərbaycana hörmət və ehtiram çox artıb. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində bizi daha çox neftimizə görə tanıyırdılar. Lakin ümummilli lider Heydər Əliyevin böyük səyləri ilə illər keçdikcə ölkəmizi həm də sivil, demokratik dəyərlərə üstünlük verən modern bir ölkə kimi tanımağa başladılar. Sevindirici haldır ki, bu müdrik siyasi xətt ulu öndərin ən layiqli davamçısı, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən böyük
uğurla davam etdirilir.

Bəli, bu gün Azərbaycanın dünyanın hər yerində hörməti, nüfuzu yüksəlib. İnanıram ki, bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri ölkəmizə olan dərin inam və etimadı daha da gücləndirəcək.  Bu xalqın bir ziyalısı olaraq, ölkəmizdə səsvermə hüququ olan bütün vətəndaşları seçkilərə fəal surətdə qatılmağa çağırıram.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında