Adil Əliyev: Seçkilərdə hər kəsin fəal iştirakı dövlətin müstəqilliyinin möhkəmlənməsinə dəstəkdir

Prezident seçkilərində hər kəsin fəal iştirakı və səsvermə hüququndan faydalanması dövlətin müstəqilliyinin möhkəmlənməsinə birbaşa dəstəkdir. Əminəm ki, Azərbaycan vətəndaşları seçki məntəqələrinə gedərək öz iradələrini ifadə edəcəklər. Bu sözləri sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı Adil Əliyev deyib.

O bildirib ki, Azərbaycanda seçki mühiti tam demokratikdir. Bunu sübut edən amillər ortadadır. “Namizədlərin qeydə alınması prosesi davam edir və heç kimin bu proseslə bağlı şikayəti yoxdur. Üstəlik Azərbaycanda seçkini müşahidə etmək istəyən bütün yerli və beynəlxalq müşahidəçilər üçün tam şərait yaradılıb. Başda ATƏT olmaqla müxtəlif beynəlxalq təşkilatlar Azərbaycana müşahidəçilər göndərəcəklər. Bundan əlavə, namizədlikləri təsdiqlənənlərin hamısı üçün proqramlarını daha geniş dairəyə çatdırmaq üçün efir imkanları yaradılacaq”.

A.Əliyev vurğulayıb ki, Azərbaycanda siyasi sabitlik hökm sürür: "Bu gün Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atır. Ölkəmizi qarşıda daha böyük nailiyyətlər gözləyir. Siyasi sabitlik iqtisadi uğurların və ölkəmizin mənfəətlərini artıracaq böyük layihələrin reallaşmasının təməlini təşkil edir. Ona görə də seçicilərin 11 aprel tarixində fəallıq nümayiş etdirərək seçki məntəqələrinə gedəcəklərinə əminik".

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında