Arif Babayev: Seçkidə fəal iştirak edərək iradəmizi, mövqeyimizi sərbəst ifadə edəcəyik

Azərbaycanın dövlət  müstəqilliyi bərpa olunduqdan sonra ölkədə keçirilən bütün seçkilərdə iştirak etmiş və istədiyim namizədə səs vermişəm.  Hər dəfə də şahidi olmuşam ki, kimsə seçicilərə seçimini müəyyənləşdirməkdə təsir və ya təzyiq etmir, onlara göstəriş vermir. Ümumiyyətlə, belə hallarla heç vaxt rastlaşmamışam. Özüm və ailə üzvlərim sərbəst şəkildə səs vermişik.

Hər bir seçici unutmamalıdır ki, prezident seçkisi böyük əhəmiyyətə malikdir. Biz seçim edərkən düşünməliyik ki, ölkənin, xalqın, Vətənin taleyini kimə etibar edirik. İndiki çətin, mürəkkəb dövrdə yaşadığımz üçün bu, çox vacibdir. Dünyanın elə bir yeri yoxdur ki, orada qarşıdurma, münaqişə olmasın. Azərbaycanda isə, şükürlər olsun ki, əmin-amanlıq, sakitlikdir. Son illər heç bir qarşıdurma, münaqişə baş verməyib. Elə buna görə də dünyanın tanınmış təşkilatları öz tədbirlərini məhz Azərbaycanda –bizim ölkəmizdə keçirməyə üstünlük verirlər.  Son illər Bakı sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Bununla yanaşı, tez-tez beynəlxalq idman yarışları da Azərbaycanda keçirilir. Bütün bunlar respublikamızda əmin-amanlığın qorunub saxlanılmasının, sabitliyin davamlı olmasının nəticəsidir.

Son illər keçirilən seçkilərdə heç bir insidentin baş verməməsi, seçkinin sakit, obyektiv, azad və ədalətli keçirilməsi də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Bu fakt da ölkəmizin demokratiya yolunda inamla irəliləmisəndən xəbər verir. Bütün bunlar hər birimizdə qürur hissi yaradır və inanırıq ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində də şəffaflığın, obyektivliyin şahidi olacağıq. Bundan ötrü mükəmməl qanunvericilik bazası vardır. Azərbaycan demokratik seçki keçirməkdə artıq peşəkarlaşıb.

Mövcud seçki qanunvericiliyi demokratik, şəffaf və obyektiv seçki  keçirməyə zəmin yaradıb. Bu gün seçkilərin demokratik və azad keçirilməsi üçün həm də bütün maddi-texniki imkanlar da  mövcuddur. Seçki məntəqələri hər cür ləvazimatlarla təmin edilir, təbliğat-təşviqat işi yüksək səviyyədə qurulur. Artıq hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, aprelin 11-də ölkəmizdə
prezident seçkiləri keçiriləcək.

Mən tez-rez mədəniyyət və incəsənət xadimləri ilə bir yerdə oluram. Təbii ki, söhbətimizin əvvəli də, axırı da prezident seçkilərindən olur. Hamımız seçkidə iştirak edəcəyik və istədiyimiz namizədə səs verəcəyik. Bunu heç kim bizdən nə tələb edir, nə də qarşımıza bir vəzifə kimi qoyur. Hər kəs gündəlik həyatımızda baş verən yenilikləri, abadlıq-quruculuq işlərini  görür, rahat yaşayışı, sabitliyi, əmin-amanlığı hiss edir və digər ölkələrdə baş verənlər barəsində də məlumat alır. Ona görə də elə bir namizədə səs verməliyik ki, bu əmin-amanlıq davamlı olsun.

Mən həmkarlarıma da müraciət edirəm ki, aprelin 11-də keçiriləcək seçkilərdə mütəşəkkil surətdə də fəal iştirak etsinlər.

Arif BABAYEV,
Xalq artisti,
Prezident  təqaüdçüsü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında