Prezident seçkiləri hər birimizin məsuliyyət hissini sınağa çəkəcək

Müstəqil Azərbaycan dövləti, xalqımız özünün müasir tarixinin ən mühüm hadisələrindən birinə - prezident seçkilərinə hazırlaşır. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu mühüm siyasi kampaniyanın uğurla, tam aşkarlıq və şəffaflıq şəraitində keçəcəyinə şübhə etmir. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev bunları dedi:

– Əvvəlcə, aprelin 11-də Azərbaycanda prezident seçkilərinin keçirilməsinin böyük əhəmiyyət daşıdığını xüsusi vurğulamaq istəyirəm. Əminəm ki, bu seçkilər əvvəlki seçkilərdə olduğu kimi, ölkəmizdə tam sərbəst, demokratik şəraitdə keçiriləcək. Azərbaycan bütün dünyaya bir daha sübut edəcək ki, biz ən yüksək səviyyədə seçki keçirməyi bacarırıq. Hesab edirəm ki, prezident seçkiləri hər birimizin məsuliyyət hissini bir daha sınağa çəkəcək. Vətənini qəlbən sevən hər kəs bu kampaniyada iştirak etməyə borcludur.

Seçkilərin hər bir ölkənin ictimai-siyasi həyatında rolu böyükdür. İnanıram ki, 11 aprel seçkiləri ölkəmizdə sabitliyin daha da güclənməsinə, iqtisadiyyatımızın daha sürətli inkişafına, mədəniyyətimizin tərəqqisinə müsbət təsir göstərəcək.

Mən mədəniyyət sahəsinin adamıyam. Müstəqil Azərbaycan dövlətinin mədəniyyət sahəsində istedadlı insanlara göstərdiyi böyük diqqət və qayğıdan çox məmnunam. Son illər rəhbərlik etdiyim Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kollektivi ilə Türkiyə, Misir, İran, Ərəbistan, Mərakeş, Fransa və başqa ölkələrdə olmuşam. Bu ölkələrin hər birində müstəqil Azərbaycana, xalqımızın zəngin mədəniyyətinə böyük maraq və hörmətin şahidi olmuşam. Dövlətimə, xalqıma diqqət və məhəbbət görəndə, əlbəttə, çox sevinmişam, ürəyim dağa dönüb.

İnanıram ki, Azərbaycanı yaxın gələcəkdə daha parlaq qələbələr gözləyir. Bir ziyalı, mədəniyyət xadimi kimi, bundan sonra da xalqım, dövlətim üçün əlimdən gələni edəcəyəm. Fürsətdən istidadə edərək, ölkə vətəndaşlarını prezident seçkilərində fəal iştirak etməyə, ən layiqli namizədə səs verməyə çağırıram.

Söhbəti qələmə aldı:
Məsaim HACIXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında