Demokratik seçkilər keçirmək üçün mükəmməl qanunvericilik bazamız və zəngin təcrübəmiz var

Bu il aprelin 11-də Azərbaycan xalqı özünə prezident seçəcək. Artıq seçki ilə bağlı hazırlıq işlərinə start verilib. Namizədlər irəli sürülür, imzatoplama kampaniyası həyata keçirilir, Mərkəzi Seçki Komissiyası tərəfindən bu və ya digər iddiaçının namizədliyi qeydə alınır və s. Ölkə vətəndaşları isə inanırlar ki, Azərbaycan növbəti dəfə azad və ədalətli seçkilər keçirəcək. Ümumiyyətlə, özünün inkişafı üçün demokratiya yolunu seçmiş hər bir dövlət üzərinə azad, şəffaf və demokratik seçkilər keçirmək öhdəliyi götürmüş olur. Bu cür seçkilərin keçirilməsi üçün isə həmin dövlət zaman-zaman güclü hüquqi baza yaratmalıdır. Bunsuz ədalətli və demokratik seçkilər keçirmək mümkün deyil.

Azərbaycan uzun illərdir ki, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləməkdədir və seçki proseslərini demokratik şəkildə həyata keçirmək üçün beynəlxalq standartlara uyğun seçki qanunvericiliyi yaratmışdır. Bu baxımdan ölkəmiz istənilən seçkini – istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərini demokratik qaydada keçirməyə tam hazırdır. Mükəmməl Konstitusiya və qanunvericilik bazamız var. Bütün rayonlarda dairə seçki komissiyaları üçün yüksək səviyyədə şərait yaradılıb, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün seçki məntəqələrinin əksəriyyətində veb-kameralar quraşdırılıb.

Bu gün Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, qarşıdakı 11 aprel prezident seçkiləri daha mükəmməl qanunvericilik bazası və daha böyük seçki təcrübəsi əsasında keçirilir. Bu məsələdə təkcə beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy almış seçki qanunvericiliyimiz mühüm rol oynamır, həm də Mərkəzi Seçki Komissiyamızın uzun illər ərzində topladığı zəngin seçki təcrübəsinin əhəmiyyəti şəksizdir. Şübhəsiz ki, Azərbaycanın müstəqillik qazandığı vaxtdan bəri, xüsusilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra əldə olunmuş böyük seçki təcrübəsi bu dəfə də şəffaf və ədalətli seçkilər keçirilməsini təmin edəcək. 

Bu gün birmənalı şəkildə deyə bilərik ki, bizim son illərdə topladığımız seçki təcrübəsi bir çox beynəlxalq təşkilatlar, onların Azərbaycanda olmuş müşahidəçiləri  tərəfindən lazımi qiymətini alır, təqdir olunur. Bu da səbəbsiz deyil. Azərbaycan dövləti seçkilərin demokratik prinsiplərə uyğun təşkili, eləcə də səsvermə prosesində şəffaflığın təmin edilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında həmişə çox ciddi vəzifələr qoyur. Seçki prosesində demokratikliyin və şəffaflığın təmin edilməsi üçün gərək olan hər bir addımın atılmasına dəstək verir. Bir vaxt məntəqələrdə müşahidə kameralarının quraşdırılması məsələsi qaldırıldı. Sonra bir seçicinin bir dəfədən artıq səs verməsinin qarşısını almaq üçün barmaqların şəffaf mürəkkəblə rənglənməsi məsələsi ortaya çıxdı. Dövlətimiz bu məsələlərin də təcili surətdə tətbiqinə yaşıl işıq yandırdı. Bəzi beynəlxalq təşkilatların, QHT-lərin başqa təklifləri nəzərə alındı və tətbiq edildi. Məqsəd, əlbəttə, bir idi: seçkilərin demokratikliyinin təmin edilməsi. Bütün bu deyilənləri nəzərə alaraq etiraf etməliyik ki, həm indiyədək qazandığımız təcrübə, həm ölkədə mövcud olan sabitlik, həm də zəngin seçki qanunvericiliyimiz bu il aprelin 11-də də demokratik seçkilər keçirməyimizə imkan verəcək.

Həmzə VƏLİMƏMMƏDOV,
Lerik Rayon Ağsaqqallar Şurasının sədri,
Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında