Məcburi köçkünlər bu seçkilərdə fəal iştirak edəcəklər

Aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Son illər Azərbaycanda qazanılan təcrübə göstərmişdir ki, xalqımız seçkilərdə fəal iştirak edir, haqqa, ədalətə səs verir. Başqa cür ola da bilməz. Çünki ölkəmizdə demokratiya, fikir və söz azadlığı üçün hər cür şərait yaradılmışdır.

Azərbaycan son illər sürətli inkişaf yolundadır. Əhalinin güzəranı ildən-ilə yaxşılaşır, şəhər və kəndlərimiz öz görkəmini dəyişir, yeni yollar çəkilir, idman kompleksləri, sənaye , kənd təsərrüfatı, səhiyyə və mədəniyyət müəssisələri inşa edilir. Bu inkişafdan biz məcburi köçkünlərə də kifayət qədər pay düşüb. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu günə qədər 265 min köçkün yeni evlə, mənzillə təmin edilmişdir. Keçən il Cocuq Mərcanlı kəndinin bərpası həyata keçirilmişdir. Bildirilmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları tikiləcək, bütün infrastruktur yaradıcılaq. Bu məsələyə çox böyük diqqət göstərilir. 2018-ci ildə 20 min köçkünün yeni evlərlə təmin ediləcəyi də diqqətə çatdırılmışdır. Bunlar hamısı onu deməyə əsas verir ki, məcburi köçkünlərə diqqət həmişə olmuşdur və bu qayğı gələcəkdə də davam etdiriləcək. Bu gün məcburi köçkünlərin demək olar ki, əksəriyyəti rahat mənzillərdə yaşayır, onların məşğulluğu təmin olunmuş, təhsil və səhiyyə problemləri həll edilmişdir.

Qubadlı Rayon Ağsaqqallar Şurasının sədri kimi deyə bilərəm ki, qubadlılılar dövlətimizin qayğısını yüksək qiymətləndirirlər. Bizə yaşamaq üçün hər cür şərait yaradılmışdır. Uşaqlarımız müasir tipli məktəblərdə təhsil alır, xəstələr  müasir avadanlıqla təchiz olunmuş poliklinikada müayinə və müalicə olunurlar. Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən məcburi köçkünlərimizin bütün problemləri vaxtında öz həllini tapır. Əhalimizin böyük bir qismi yeni mənzillərə köçürülmışdür. Bunlar son illər ölkəmizdə yaradılan əmin-amanlığın, sosialyönümlü siyasətin nəticəsində mümkün olmuşdur.

Məcburi köçkünlər qarşıdan gələn prezident seçkilərinə böyük ruh yüksəkliyi ilə getməyə hazırdırlar. Onlar yaxşı bilirlər ki, gələcək taleləri seçkilərdən çox asılıdır.

İnanırıq ki, prezident seçkiləri ölkəmizin həyatında tarixi əhəmiyyətli hadisə olacaq, biz bu seçkilərdə də haqqa, ədalətə, inkişafa səs verəcəyik.

Əvəz HƏSƏNOV,
Qubadlı Rayon Ağsaqqallar Şurasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında