“Əmək və müharibə veteranları, ağsaqqallar prezident seçkilərində böyük həvəslə iştirak edəcəklər”

Müstəqil Azərbaycanda bu il aprel ayının 11-də prezident seçkiləri keçiriləcək. Seçkilərin yüksək səviyyədə təşkil olunması üçün məsul olan dövlət qurumları, ölkənin ali postuna namizədlərini irəli sürmüş siyasi partiyalarla bərabər, Azərbaycanda fəaliyyət göstərən çox sayda ictimai qurumlar da bu mühüm siyasi kampaniyaya ciddi şəkildə hazırlaşırlar.

Dünən Lerik Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov redaksiyamıza təşrif buyurmuşdu. Uzun illər rayonun partiya-sovet orqanlarında məsul vəzifələrdə çalışan el ağsaqqalı qarşıdakı seçkilər barədə söz düşəndə böyük həvəslə bunları dedi:

-Mən fəxrlə qeyd etmək istəyirəm ki, Azərbaycan sivil, demokratik dövlət quruculuğu yolunu seçib. Bu yol ictimai-siyasi sabitliyə, vətəndaş həmrəyliyinə aparan yoldur. Nəticə göz qabağındadır. Müstəqil Azərbaycan dövləti ilbəil güclənir, xalqımızın güzəranı daim yaxşılaşır.

Milli dövlətçiliyimizin böyük qurucusu və memarı, ulu öndər Heydər Əliyev dönə-dönə vurğulayırdı ki, ölkəmiz heç vaxt sivil, demokratik inkişaf yolundan geri çəkilməyəcək. Həqiqətən, dövlətimiz, xalqımız son illər bu istiqamətdə ciddi uğurlar əldə edib. Dostlarımız da, bədxahlarımız da bunu görür, müşahidə edirlər. Dostlarımız, əlbəttə, bizimlə bərabər sevinir, bədxahlarımız isə xar olurlar.

Bəli, bu gün Azərbaycan dövləti, xalqımız təkcə iqtisadi, hərbi qüdrəti ilə deyil, yüksək seçki mədəniyyəti ilə də çoxlarına nümunə göstərir. Buna necə sevinməmək, bundan necə qürur duymamaq olar. Bütün şüurlu həyatını xalqına, dövlətinə həsr etmiş əmək və müharibə veteranı kimi, mən də buna çox sevinirəm. Səmimiyyətimə inanın, bu sözlər mənim dilimə qəlbimdən axır.

Bir daha vurğulamaq istəyirəm. Bizim hamımızın Azərbaycan adlı bir anamız var. Vətənin hər bir yeni uğuru qəlbimizi dağa döndərir, daha yaxşı, daha faydalı işlər görməyə sövq edir. Fikrimcə, bu gün cavan, yaxud yaşlı olmağımızdan asılı olmayaraq, hər birimiz qarşıdakı seçkilərdə öhdəmizə düşən işləri görməyə borcluyuq.

Lerik Rayon Veteranlar Şurasının, demək olar ki, bütün üzvləri hazırda seçkilərlə əlaqədar geniş maarifləndirmə işi aparırlar. Axı, hər bir vətəndaşın seçkilərdə fəal iştirak etməsi vacibdir. Təbii ki, səsvermə zamanı düzgün seçim etməliyik. Populist siyasətçilərə yox, xalqına, millətinə sahib durmağı bacaran namizədə səs verməliyik.

Bu gün Azərbaycan gözlərimizin önündə böyük sürətlə inkişaf və tərəqqi edir. Bu, böyük “uğur və tərəqqi qatarı”na mane olmaq yox, ona zəfər yürüşünü davam etdirməsi üçün yaxından kömək etmək lazımdır. Bu yürüş yeni böyük qələbələr, yeni quruculuq salnaməsi yürüşüdür!

İnanıram ki, bu il aprelin 11-də ölkə vətəndaşları yenidən yüksək siyasi fəallıq nümayiş etdirəcək, ən layiqli namizədə səs verəcəklər. Tamamilə əminəm ki, ölkəmizin əmək və müharibə veteranları, ağsaqqallar prezident seçkilərində böyük həvəslə iştirak edəcəklər. Bununla da, onlar Azərbaycanın bugünkü uğurlarına, sabahkı tərəqqisinə səs verəcəklər.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında