Seçki gününü bayram ovqatı və səbirsizliklə gözləyirik

Azərbaycanın tibb ictimaiyyəti də aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlaşır. Mən Tibb Universitetində çalışıram və yaxşı bilirəm ki, son illər ölkəmizdə səhiyyəyə dövlət qayğısı artmaqda davam edir.

Son vaxtlar Azərbaycan Tibb Universiteti nəzdində yaradılan Tədris Stomatoloji Klinika ilə yanaşı, bu ali tibb təhsili ocağında daha üç möhtəşəm klinika – Onkoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikaları tikilərək Azərbaycan xalqının ixtiyarına verilib. Məhz yeni innovativ avadanlıqlarla təchiz edilən, dünya standartlarına uyğun tibbi müayinə, diaqnostika, müalicə və profilaktika, reabilitasiya üsullarının həyata keçirilməsini təmin edən bu unikal klinikaların tam gücü ilə işə düşməsindən sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi sahələrində də gözoxşayan yüksəliş, keyfiyyətli inkişaf baş verdi.

Aparılan islahatlar nəticəsində Azərbaycan Tibb Universitetində diplomdansonrakı təhsilin keçmiş SSRİ-dən miras qalmış perspektivsiz internatura sistemi ləğv edildi və dünyanın hər yerində mövcud olan müasir tipli rezidentura təhsil sistemi ilə əvəz olundu. Bunun fonunda da ATU-nun verdiyi diplomların dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl tibb müəssisələrində tanınmasına möhkəm zəmin yarandı.

 Hazırda Azərbaycan Tibb Universitetinin klinikalarında istedadlı gənc mütəxəssislərin dövlət qayğısı sayəsində hazırlanması, onların ən mürəkkəb cərrahi əməliyyatları, bütün tibbi müayinələri, prosedurları apara bilmək qabiliyyətinə malik olmaları təqdirəlayiqdir və bu da xəstələrin xarici ölkələrə axınının qarşısının alınmasına səbəb olub.

Azərbaycan Tibb Universitetinin bütün əməkdaşları əmindirlər ki, bu il aprel ayının 11-də keçiriləcək prezident seçkisi ən demokratik, ən şəffaf keçirilən seçki kimi ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq. Çünki bizim ölkəmizdə başqalarına nümunə göstəriləcək səviyyədə olan dövlətlə xalq birliyinin, dövlətlə ictimai birliklər arasındakı sıx əlaqələrin möhtəşəm vəhdəti hər addımda hiss olunur. Biz bunu cari ilin yanvar ayının əvvəllərində Azərbaycanda aparılan sosial sorğuların nəticələrində də aydın gördük. Bu sorğular göstərdi ki, rəyi öyrənilən respondentlərin 90 faizindən çoxu Azərbaycanı dünyanın ən sabit ölkələrindən biri hesab edir və dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən dəstəkləyirlər.

Universitetimizin professor-müəllim heyəti adından bu il aprel ayının 11-də keçiriləcək prezident seçkilərində bütün seçicilərə uğurlar arzulayır, onları haqqa, ədalətə, ölkəmizin xoşbəxt gələcəyinin təminatçısına səs verməyə çağırıram. Biz, Azərbaycan Tibb Universitetinin əməkdaşları kimi buna hər cəhətdən hazırıq və seçki gününü bayram ovqatı ilə səbirsizliklə gözləyirik.

Sabir ƏLİYEV,
ATU-nun tədris və müalicə işləri üzrə prorektoru,
Əməkdar elm xadimi, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında