Beynəlxalq birlik növbəti dəfə Azərbaycanda ədalətli seçkilərin şahidi olacaq

Azərbaycanda aprelin 11-də prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün zəngin qanunvericilik bazası mövcuddur. Ümumiyyətlə, 1993-cü ildən başlayaraq, ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin demokratik və dünya standartlarına uyğun keçirilməsi beynəlxalq birlikdə də etiraf olunub. Bu müddət ərzində seçkiləri izləmiş beynəlxalq müşahidəçilərin yekun rəyləri və seçkinin yekunu ilə əlaqədar verilən bəyanatlar da bunu təsdiqləyir. Seçki demokratiyanın əsas atributlarındandır. Hər dəfə ölkədə seçki keçirilən zaman demokratik prinsiplərə tam əməl edilməsi xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Çünki həmin gün dünyanın diqqəti Azərbaycana yönəlir.

Növbəti prezident seçkilərinin də beynəlxalq standartlar səviyyəsində keçirilməsi üçün zəngin qanunvericilik bazası mövcuddur. Seçkilərin hər bir ölkənin həyatında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alan dövlətimiz və onun başçısı istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də seçkilərə hazırlıq məsələlərinə xüsusi diqqət göstərir. Ən əsası da seçkinin azad və şəffaf keçirilməsi üçün siyasi iradə nümayiş etdirilir və bütün imkanlardan istifadə edilir.

Yeni Azərbaycan Partiyası bəzi partiyalar kimi, sadəcə, seçkilərdən seçkilərə hazırlaşmır, bu, artıq daimi bir proses halını alıb. Hakim partiya daim seçkilərə hazır vəziyyətdədir. İstər parlament, istərsə prezident seçkiləri olsun – başa çatdıqdan sonra, artıq partiyamız növbəti seçkiyə hazırlıq işlərinə başlayır. Biz bəzi özlərindən razı, amma cəmiyyətdə sosial dayaqları, nüfuzu olmayan partiyalar kimi, oturub seçkilərə rəsmən strart veriləcəyi günü gözləmirik. Seçki hazırlıqları hər zaman diqqətimizdə və gündəmimizdədir. Ona görə də hər an istənilən seçkilərə hazır vəziyyətdəyik.

Azərbaycan dövləti, ölkədə azad, ədalətli seçkilərin keçirilməsində maraqlıdır və hər zaman olduğu kimi, bu dəfə də seçkinin şəffaf keçirilməsi üçün bütün namizədlərə bərabər imkan, əlverişli şərait yaradılıb. Biz kimlərinsə diktəsi ilə hərəkət etmir, oturub-durmuruq. Biz müstəqil siyasət yeridirik. Demokratik prinsiplərə əməl edilməsi, şəffaf, azad və ədalətli seçkilər bizim öz seçimimizdir. Odur ki, Azərbaycanda aprelin 11-də növbəti prezident seçkilərinin də beynəlxalq standartlara tam uyğun keçiriləcəyinə heç bir şübhə ola bilməz.

Azərbaycan dövləti hər zaman olduğu kimi, builki seçkilərin də demokratik və azad keçirilməsi üçün bütün imkanlardan istifadə edəcək, demokratik, azad, ədalətli seçkilərin təminatçısı olacaq. Buna kimsənin şübhəsi ola bilməz. 2018-ci il prezident seçkiləri Azərbaycanın demokratiya yolunda irəliyə doğru daha bir addımı olacaq.

Eldar İBRAHİMOV,
Milli Məclisin aqrar siyasət komitəsinin sədri,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında