Aprelin 11-də xalqımız öz iradəsini demokratik seçki şəraitində bəyan edəcək

Apreldə keçiriləcək prezident seçkiləri barədə danışarkən yada düşən ilk məqam məhz sabitlik və əminamanlığımız olur. Zaman sübut edib ki, müxtəlif zamanlarda, müxtəlif ölkələrdə seçki və ya referendumların baş tutmamasının əsas səbəbi məhz daxili  problem olub. Azərbaycan xalqının xoşbəxtliyidir ki, Heydər Əliyev siyasi kursu bizim ölkəmizə dayanıqlı siyasi sabitlik və əmin-amanlıq bəxş etmişdir.

Təbii ki, əmin-amanlıq həm də dayanıqlı inkişafın rəhnidir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclasında geniş nitq söyləyən dövlət başçımız bu məsələni xüsusilə qabartmışdı: “Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır”.

Şükürlər olsun ki, həmin sabitlik və əmin-amanlıq dövlətimizin özünəməxsus iqtisadi inkişafını da təmin etmişdir və dünya birliyi bizim iqtisadi inkişafımızı yüksək qiymətləndirir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk.

Xalqımız və dövlətimiz 2018-ci il prezident seçkilərinə məhz bu faktlar fonunda gedir. Üstəlik, 2000-ci ildən üzü  bəri daim yeniləşən və mükəmməlləşən seçki təcrübəmiz, Avropa qurumlarının yüksək qiymət verdiyi Seçki Məcəlləmiz, yüksək səviyyədə formalaşmış seçki mədəniyyətimiz belə deməyə əsas verir ki, aprelin 11-də xalqımız və dövlətimiz daha bir mükəmməl seçki təşkil edəcək və beynəlxalq müşahidəçilər bizim seçkimizi növbəti dəfə nümunə adlandıracaqlar.

Yeri gəlmişkən, bu il müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Bu faktı təsadüfən xatırlatmırıq.  Avropa alimləri dönə-dönə etiraf ediblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin mükəmməl seçki keçirmək təcrübəsi olub və “köhnə  qitənin” əksər ölkələrindən əvvəl qadınların səs vermək hüququ məhz Azərbaycanda tanınıb.

Həmin tarixi  fakt bizim üzərimizə bəlkə də müqəddəs sayıla biləcək bir məsuliyyət, vəzifə qoyur ki, 2018-ci il prezident seçkilərinin məhz ədalətli, obyektiv, şəffaf və demokratik keçirilməsini təmin edək. əminik ki, bu belə də olacaq. İnanırıq ki, xalqımız dostlarımızı da, bədxahlarımızı da növbəti seçki nümunəsi ilə heyrətləndirməyi bacaracaq. Azərbaycan xalqına uğurlar,  seçkidəki  namizədlərə, səsverməni təşkil edənlərə və  seçicilərə  isə müvəffəqiyyətlər arzulayırıq.

Yusif BABANLI,
professor, YAP Gənclər Birliyi
İdarə Heyətinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında