Fatma Hüseynova: Xalqımız prezident seçkilərində bütün Azərbaycanın tərəqqisinə səs verəcək

Məlumdur ki, Azərbaycanda bu il aprelin 11-də prezident seçkiləri keçiriləcək. Şübhə yoxdur ki, bu mühüm siyasi kampaniya ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu prosesini daha da sürətləndirəcək. Azərbaycan vətəndaşları əmindirlər ki, ölkəmizdə əvvəlki prezident seçkiləri kampaniyalarında olduğu kimi, bu dəfə də səsvermə tam azad, sərbəst, demokratik şəraitdə keçiriləcək.

Bu barədə söz düşəndə Sabirabad rayonundan olan pambıqçılıq fermeri, məşhur əmək qəhrəmanı Fatma
Hüseynova bunları dedi:

– Hesab edirəm ki, hər bir seçkinin əsas məqsədi ölkənin inkişaf və tərəqqisini gücləndirməkdir. Qarşıdakı seçki prosesinin  də məhz bu amala xidmət edəcəyinə tamamilə əminəm.

Seçkilərin ədalətli keçəcəyinə zərrə qədər də şübhəm yoxdur. Xalq bu dəfə də öz seçimini edəcək. Azərbaycan xalqı gözəl bilir ki, hansı namizəd dövlətinə, millətinə daha çox fayda verə bilər. Buna görə də tam səmimi deyirəm: Xalq Milin, Muğanın, bütün Azərbaycanın tərəqqisinə səs verəcək. 

 Bir məqamı da vurğulamaq istəyirəm. Bu gün Azərbaycan kəndi sürətli inkişaf yolundadır. İndi hara getsəniz, hara baxsanız, orada bir-birindən gözəl yolların çəkildiyinin, yeni məktəb və xəstəxana binalarının inşa edildiyinin şahidi olacaqsınız. Bütün bunları müşahidə edəndə adamın ürəyi dağa dönür.

Son illər ölkəmizdə aqrar sahədə görülən işlər mənə 1970-ci illəri xatırladır. O zaman ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızda istər sənaye, istərsə də kənd təsərrüfatının bütün sahələrində əmək kollektivləri,  eləcə də pambıqçılar böyük uğurlar qazanırdılar. Xalqımız yaxşı yaşayırdı, ölkəmiz, o cümlədən Muğanın hər bir kəndi tərəqqi edirdi.

Nə yaxşı ki, bu gün Azərbaycan kəndi yenidən inkişaf yolundadır. Torpaq heç kimi ruzisiz qoymur. Lakin, kim daha çox zəhmət çəkirsə, təbii ki, daha çox qazanır. Azərbaycan dövləti çalışır ki, torpağa, əməyə bağlı olan bütün zəhmət adamlarının  güzəranları daim yaxşılaşsın.

Bu gün çoxları kimi, mən də ölkəmizdəki sabitlik və tərəqqidən çox razıyam. Hər bir əmək adamını, bütün ölkə vətəndaşlarını prezident seçkilərində fəal iştirak etməyə çağırıram.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında