Azay QULİYEV: Ermənistanın beynəlxalq layihələrdən kənarda qalmasının səbəbi onun işğalçılıq siyasətidir

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan ənənəvi olaraq Azərbaycana qarşı iftiralar səsləndirib. O, Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım kimi dəyərləndirib. Erməni deputat beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prinsiplərindən biri elan edən ATƏT PA-nı regional layihələrdən kənarda qalan Ermənistana qarşı bu cür “haqsız” mövqeyə münasibət bildirməyə çağırıb.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxışında erməni deputatın söylədiyi məqamlara aydınlıq gətirib. O qeyd edib ki, ATƏT PA kimi nüfuzlu beynəlxalq platformada “Dağlıq Qarabağ respublikası” və ya “Dağlıq Qarabağ respublikasının parlamenti” kimi ifadələrin səsləndirilməsi qeyri-ciddilikdən xəbər verir. Heç bir beynəlxalq təşkilat belə bir qurumu tanımır və bütün bunlar ictimai fikri çaşdırmağa xidmət edən cəhdlərdən başqa bir şey deyil.

Daha sonra vitse-prezident bildirib ki, bu gün beynəlxalq nəqliyyat və infrastruktur dəhlizləri Azərbaycan ərazisindən keçir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan bu təşəbbüslərə qoşulmaq üçün işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalı, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına şərait yaratmalıdır. Lakin Ermənistan indiyə kimi işğalçılıq siyasətini davam etdirir. Ermənistanın bütün regional layihələrdən kənarda qalmasında əsas günah və məsuliyyət  Azərbaycanın deyil, onilliklərdən bəri Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın üzərinə düşür. Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan beynəlxalq layihələrdən təcrid olunmasından şikayətlənir. Bu şikayətin özünün məntiqi əsası yoxdur: “Mən erməni həmkarlarımı səmimi olmağa çağırıram. Aydındır ki, siz Yerevanda aldığınız təlimatlara uyğun olaraq, Azərbaycana hücumlar etmək üçün burada iştirak edirsiniz. Lakin bu beynəlxalq tədbir həmin təlimatların icra edilməsi üçün məkan deyil və sizi sessiyadakı işgüzar atmosferi pozmamağa çağırıram”.

Elgün NİFTƏLİYEV,
AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında