Azərbaycan dövləti istənilən seçkini ədalətli və şəffaf keçirmək iqtidarındadır

Bu yaxınlarda qonağı olduğum Avropa siyasətçilərinin biri demişdi ki, insanlar yaranandan bəri onların düşündüyü ən uğurlu addımlardan biri də hansısa qərarın qəbul edilməsi zamanı hamının fikirlərinin öyrənilməsi və nəzərə alınmasıdır. Yəni söhbət indi adına demokratik seçki dediyimiz, tarixdə isə ədalətli səsvermə adıyla qalmış mühüm siyasi kampaniyadan gedir.

Əlbəttə, mən bir ziyalı olaraq, müstəqillik dövrümüzdə keçirilmiş bütün seçki proseslərini diqqətlə izləmişəm. Ali məktəb müəllimi olduğuma görə isə gənclərin həmin seçkilərdə nümayiş etdirdiyi mütəşəkkilliyin də şahidiyəm, seçki qanunvericiliyimizin ildən-ilə təkmilləşdirilməsinin də. Ancaq kütləvi informasiya vasitələrinin bu il fevralın 15-də Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirə haqqında yaydığı materialları oxuyarkən, bu günkü Azərbaycanın seçki həqiqətləri ilə daha yaxından tanış oldum.

Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin seminar-müşavirədəki “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” adlı məruzəsini oxuyan istənilən şəxsdə belə bir fikir yaranır ki, bizim dövlətimiz bütün seçkilərin ədalətli, şəffaf və obyektiv keçirilməsini təmin etmək iqtidarındadır.

Məruzədə qeyd edilir ki, ənənəvi olaraq təşkil edilən bu müşavirələr prezident, parlament, bələdiyyə seçkilərinin, referendumun keçirilməsində hər dəfə keyfiyyətcə daha üstün səviyyəyə qalxmağımıza imkan yaradıb. Azərbaycanın seçki təcrübəsi, əldə etdiyi nailiyyətlər nəinki cəmiyyətimizdə, eyni zamanda, hər dəfə ölkəmizdə seçkiləri izləyən beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilir. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda hər dəfə seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində dövlət başçımızın siyasi iradəsi çox böyük rol oynayıb. Dövlətimizin başçısı seçkilərdə şəffaflığın təmini ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında çox ciddi vəzifələr qoyub.

Beynəlxalq müşahidəçilərin fikrincə, istənilən seçkinin hazırlanmasında və uğurla başa çatmasında ölkədəki daxili sabitliyin mühüm rolu vardır. Əminik ki, 11 aprel seçkiləri ərəfəsində Azərbaycanda hökm sürən sabitlik və təhlükəsiz mühit də seçkilərin demokratik prinsiplər əsasında keçirilməsini təmin edəcək. Çünki bu gün Azərbaycan öz inkişaf yolu ilə gedir, ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur. Məhz bu parametrlərinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir. Əlbəttə ki, Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, sabitlik, qazanılan nailiyyətlər seçkidən-seçkiyə seçicilərin fəallığının artması ilə müşahidə olunur.

 Bir alim, ziyalı kimi demək istədiyim fikirlər ondan ibarətdir ki, qarşımızda duran əsas vəzifə prezident seçkilərini ən yüksək meyarlara uyğun keçirməkdir. İndiyə qədər keçirilən seçkilərdə əldə olunan təcrübə bizə imkan verəcək ki, qarşıdan gələn seçkiləri də ən yüksək səviyyədə keçirək. Əminəm ki, xalqımız və dövlətimiz bu seçkiləri də yüksək səviyyədə təşkil etməklə, bədxahlarımıza növbəti bir demokratiya dərsi verəcəkdir.

Elçin İSGƏNDƏRZADƏ,
Azərbaycan Texniki Universitetinin professoru, Əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında