QHT sektorunun nümayəndəsi: Vətəndaş cəmiyyəti fəalları prezident seçkilərində böyük həvəslə iştirak edəcəklər

Bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu mühüm siyasi kampaniya hər bir ölkədə olduğu kimi, müstəqil Azərbaycanda da vətəndaş cəmiyyətinin yetkinliyini nümayiş etdirən ciddi bir sınaqdır. Sevindirici haldır ki, son illər ölkəmizdə kifayət qədər fəal və hazırlıqlı vətəndaş cəmiyyəti formalaşıb.

Azərbaycanda vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatlarının (QHT) fəal üzvləri dövlət başçısı seçkilərinə ciddi hazırlaşırlar. Bu barədə söz düşəndə “Ailələrə dəstək” ictimai birliyinin sədri Esmira Rəhimova bunları dedi:

– Mən əvvəlcə dərin qürur hissilə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycan dövləti bu gün hüquqi, demokratik inkişaf yolu ilə inamla irəliləyir. Xalqımızın parlaq gələcəyinə xidmət edən bu müdrik siyasi kursun bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan iqtidarı bu xətti yeni dövrün reallıqları və çağırışlarına uyğun olaraq böyük uğurla davam etdirir.

Mənim üçün şəxsən doğulub boya-başa çatdığının ölkənin ictimai-siyasi həyatında iştirak etmək böyük xöşbəxtlikdir. Hesab edirəm ki, azad, ədalətli seçkilər cəmiyyəti səfərbər edərək daha irəli aparacaq. Bu, böyük şansdır, bu imkandan maksimum bəhrələnmək, Vətənin, millətin tərəqqisinə çalışmaq hər birimizin borcudur. Buna görə də hamını qarşıdakı seçkilərdə fəal iştirak etməyə çağırıram.

Bəzi siyasi partiyaların seçkilərdə müxtəlif bəhanələrlə iştirak etməmək, hətta boykot etmək barədə çağırışlarını tamamilə yalnış və səhv mövqe hesab edirəm. Çünki hər bir sivil ölkədə normal siyasətçilər hakimiyyətə azad, demokratik seçkilər yolu ilə gəlirlər. Təəssüf ki, bizdə bəzən bu həqiqəti dərk etmək istəməyənlər tapılır.

Yaxşı haldır ki, bizim ölkəmizdə azad, demokratik seçkilər keçirmək ənənəsi yaranıb. Özünə güvənən qüvvələr cəmiyyətdə süni surətdə gərginliyi artırmaq əvəzinə, seçkilərdə iştirak edərək uğur qazanmağa çalışmalıdır. Seçkilərin nəticələri isə yalnız xalqın iradəsindən, səsvermə hüququ olan insanların sərbəst  seçimindən asılıdır. Xalq özü bilir ki, ölkənin ən ali postuna hansı namizəd daha çox layiqdir.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında