“Azərbaycan xalqının seçki şüuru yüksəkdir”

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Hazırda pezident seçkilərinə ciddi hazırlıq işləri görülür. İctimai-siyasi xadimlər, beynəlxalq ekspertlər Azərbaycanda keçiriləcək seçkiləri, bütövlükdə seçki mühitini dəyərləndirməkdə davam edirlər.

 İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının birinci vitse-prezidenti Rasim Məmmədov aprelin 11-də baş tutacaq seçkilərin beynəlxalq standartlara uyğun olacağına əminliyini bildirib:

– Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri səbrsizliklə gözlənilir. Bütövlükdə dövlətə, dövlətçiliyə sədaqətli, sivil qanunları anlayan, hörmət edən vətəndaşlarımızın hər biri üçün seçkilər mühüm siyasi hadisədir. Azərbaycanda seçki kampaniyası artıq 1993-cü ildən etibarən dünya standartlarına uyğun keçirilir. Birinci növbədə xalq özü seçib-seçilmək hüququnu yüksək səviyyədə dərk edir. İkinci növbədə xalqın özü seçkilərdə fəal iştirak etmək həvəsindədir. Bilirsiniz ki, Qərbdən maliyyələşən bir sıra təşkilatlar, cəmiyyətlər var ki, Azərbaycandakı sçeki mühitinə böhtan atmağa hazır vəziyyətdə durublar. Bu təşkilatlar ölkələrindəki seçki mühitində, insan haqları prosesindəki çatışmazlıqları görməzlikdən gələrək, dövlətimizə dil uzatmaqla məşğuldurlar.

Məlumdur ki, bu kimi qurumların işi digər ölkələri “analiz” etmək, müəyyən sorğular keçirmək və digər əməllərdir. Lakin ədalətli keçirilməyən sorğular özlərindən başqa heç kəsə nə lazımdır, nə də xeyir gətirir. Bu kimi təşkilatlar ancaq qrant əldə etmək üçün axtarışda olduqlarından, onlar üçün hadisənin, mühitin analizi və dəqiq qənaətə gəlinməsi önəmli deyil, əsas qarayaxmadır ki, onu da ustalıqla yerinə yetirirlər. Lakin onların istənilən qarayaxması Azərbaycan kimi güclü seçki mədəniyyətinə malik ölkələr üçün keçərli deyil. Bu kimi sorğular xalqın iradəsinə, istəyinə söykənmir. Bir qrup adamın rəyi əsas ola bilməz. Azərbaycanda həmişə əhali seçkiyə maraq göstərmişdir. İstər bələdiyyə, istər, parlament, istərsə də prezident seçkilərində xalqımız öz sözünü demişdir. Hər bir Azərbaycan seçicisi istəyir ki, onun rəyi nəzərə alınsın və buna görə də məntəqələrə gedib səs verir. Bunun özü yüksək mədəniyyətdir. Hələ dünyanın kifayət qədər ölkələri var ki, onlarda, ümumiyyətlə, seçki keçirilmir, insanlar seçkilərə getmirlər. Bizim ölkədəki ictimai mühit isə imkan verir ki, vətəndaşlar kimə istəyirlərsə səs versinlər. Bizim ümumilikdə monitorinq nəticələrimiz belədir ki, Azərbaycan cəmiyyətində seçki əhval-ruhiyyəsi var və insanlar öz namizədlərini indidən müəyyənləşdiriblər.

Bu gün Azərbaycan dövləti inkişaf edir, böyük layihələrə imza atır, nəhəng, vaxtilə ağlagəlməz olan layihələri gerçəkləşdirir. Bu cür imkanlar olan yerdə seçki mədəniyyətimiz, seçici fəallığımız da şübhəsiz ki, yüksək olmalıdır. Seçki gələcəkdir, inamdır. Sükanı etibarlı əllərə vermək üçün bir fürsətdir. Bu baxımdan İctimai Nəzarət Koalisiyası adından hər bir vətəndaşımızı seçkidə fəal olmağa çağırırıq.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında