Prezident seçkilərinin ən yüksək meyarlara uyğun keçirilməsi prioritet vəzifədir

Azərbaycan dünya birliyində öz yeri, sözü və müstəqil siyasəti ilə nüfuz qazanan bir ölkə kimi tanınıb. Respublikamızda aparılan ardıcıl, düşünülmüş və sistemli daxili siyasət sayəsində xalq – iqtidar birliyinə nail olunub.

Dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasət kursu Azərbaycanın sabitliyini, təhlükəsizliyini və davamlı inkişafını təmin edib. Ölkə daxilində siyasi, sosial, iqtisadi, mədəni, elmi, dini və digər sahələrdə reallaşdırılan islahatlar nəticəsində cəmiyyətin həyatının bütün sferalarında ciddi keyfiyyət dəyişikliyi baş verib. Respublikamız TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi kimi böyük və mühüm beynəlxalq layihələrin reallaşmasında aparıcı qüvvə rolunda çıxış edib. Azərbaycan, eyni zamanda, öz multikultural və tolerant cəmiyyəti ilə dünya miqyasında mədəniyyətlərarası dialoqa töhfə verən, nümunəvi ölkə səviyyəsinə yüksəlib.

Respublikamızda növbəti prezident seçkiləri isə müstəqil dövlətçiliyin inkişafı və milli maraqların təmini zərurəti ilə bağlıdır. Şübhəsiz ki, ölkəmiz bu seçkini böyük uğurla həyata keçirəcək. Sabitlik və təhlükəsizlik tam təmin ediləcək. Müstəqil dövlətin qarşısında yeni inkişaf perspektivləri açılacaq. Azərbaycan idarəetmədə daha təkmil, demokratik və mütərəqqi bir mərhələyə qədəm qoyacaq.

Azərbaycanda seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsi üçün indiyə qədər böyük təcrübə əldə edilib, mütərəqqi ənənə formalaşıb. Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və bir sıra digər normativ hüquqi aktlar, həmçinin Mərkəzi Seçki Komissiyasında qəbul olunan qərarlar seçki prosesinin qanunlar çərçivəsində şəffaf keçirilməsinin təmin olunmasına yönəldilib.

Respublikamızda hər dəfə seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində ölkəmizdə hökm sürən sabitlik, təhlükəsiz mühit də önəmli rol oynayır. Dövlətimiz qarşısında duran əsas vəzifə də prezident seçkilərini ən yüksək meyarlara uyğun keçirməkdir. İndiyə qədər keçirilən seçkilərdə əldə olunan təcrübə xalqımıza 11 aprel seçkilərinin də ən yüksək səviyyədə reallaşmasına imkan verəcək.

Dünyamalı VƏLİYEV,
AMEA-nın Ziya Bünyadov adına  Şərqşünaslıq İnstitutunun şöbə müdiri,
iqtisad elmləri doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında