Azərbaycanda demokratik seçkilər keçirilməsi üçün mükəmməl qanunvericilik bazası vardır

1993-cü ildən başlayaraq,  ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilən Azərbaycanda demokratik və legitim siyasi hakimiyyətin formalaşdırılmasının ənənəyə çevrilməsi  heç kimə sirr deyil.

Ümumiyyətlə, 1995-ci ildə qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyası Azərbaycanda demokratik standartlara cavab verən seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirib.  Həmin vaxtdan başlayaraq, ölkəmizdə keçirilən  seçkilərdə şəffaflığın təmin olunması üçün bütün imkanlardan istifadə olunub və bu gün respublikamız azad və ədalətli, obyektiv, demokratik seçki keçirilməsində nümunə göstərir.

Bu vaxta qədər keçirilən bütün  seçkilərdə hər hansı bir insidentin, seçkinin nəticəsinə təsir göstərməyən qanunsuzluğun baş verməməsi də seçkilərin demokratik keçirilməsindən xəbər verir. Bunu seçkiləri müşahidə etmiş beynəlxalq ekspertlər də təsdiqləyir.

İstənilən dövlətin inkişafında demokratik və şəffaf seçkilər böyük rol oynayır. Çünki vətəndaşlar seçkilərə qatılmaqla cəmiyyətin ictimai-siyasi həyatında iştirak etmək hüququ qazanırlar. Dövlətin idarə olunmasında iştirak hüquqları da məhz seçkilər vasitəsilə  əldə  edilir. Şəffaflıq, ədalətlilik və obyektivlik demokratik seçkilərin əsas şərtləri hesab edilir. Təbii ki, biz aprelin 11-də keçiriləcək prezident seçkilərində də bunun şahidi olacağıq. Bundan ötrü mükəmməl hüququ bazamız,  beynəlxalq standartlara cavab verən demokratik Seçki Məcəlləmiz var.

Mindən artıq seçki məntəqəsində quraşdırılacaq  veb kameralar, seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsi, adları seçici siyahısında olmayanların  sənədlərini təqdim etməklə səsverməyə buraxılmaları növbəti prezident seçkilərinin də şəffaf və ədalətli keçiriləcəyindən xəbər verir.

Seçkilərin bu mühüm prinsiplər çərçivəsində keçirilməsi xalqın iradəsinin milli mənafelər ətrafında birləşdirilməsi kimi mühüm amildən qaynaqlanır.

Sədaqət VƏLİYEVA,
Milli Məclisin deputatı,
YAP Nizami rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında