Dünya birliyinin bərabərhüquqlu üzvü olan Azərbaycan Respublikasında son illər hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi, insan hüquqlarının qorunması istiqamətində mühüm işlər həyata kecirilmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmus yeni Konstitusiyamız demokratik inkisaf, hüquqi dövlət və insan hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirən bitkin, mükəmməl bir sənəddir. Əsas Qanunumuzun üstün cəhətlərindən biri də orada vətəndas hüquq və azadlıqlarına dair ayrıca fəslin olmasıdır. Bütövlükdə isə, Konstitusiyanın 158 maddəsindən 60-dan çoxu məhz bu sahəni əhatə edir. Bu, bir daha sübut edir ki, insan hüquq və azadlıqlarının qorunması dövlətimizin əsas məqsədidir. Təsadüfi deyil ki, ötən müddətdə bir sıra beynəlxalq sənədlərə qoşulan Azərbaycan Respublikası bununla bağlı öz üzərinə mühüm öhdəliklər götürmüşdür. Bütün bunlarla yanaşı, hazırda ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş bir sıra qeyri-hökumət təskilatları da insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşlara lazımi hüquqi yardımların göstərilməsi sahəsində mühüm rol oynayırlar. "İnsan Hüquqları üzrə Müstəqil Monitorinq" İctimai Birliyinin bu sahədəki fəaliyyəti diqqəti cəlb edir.
Müsahibimiz birliyin sədri Akif Nəzərovdur. Ona ilk sualımız rəhbərlik etdiyi təskilatın hansı zərurətdən yaranması və fəaliyyət istiqamətləri barədə oldu.
-Hər şeydən əvvəl, qeyd etmək istəyirəm ki, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndas cəmiyyəti institutlarının inkisafı, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mükəmməl mexanizmlərin formalaşması hər bir dövlətin davamlı inkişafını sürətləndirən, onun beynəlxalq nüfuzunu artıran mühüm amillərdəndir, - deyə Akif müəllim bildirdi. - Dövlətin əsas vəzifəsi və ali məqsədi insan hüquqlarını tanımaqdan, müdafiə və təmin etməkdən ibarətdir. Sevindirici haldır ki, dünya birliyinin layiqli üzvünə çevrilən Azərbaycan Respublikasinda da bu sahədə təqdirəlayiq işlər görülmüşdür.
Ümumiyyətlə, demokratik, hüquqi dövlət quruculuğu strateji əhəmiyyət daşıyan, daimi fəallıq və zəhmət tələb edən sahədir. Hesab edirəm ki, bu sahədə dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları da çox iş görə bilərlər.
Demokratikləşmə prosesinin ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına yaratdığı geniş imkanlar qeyri-hökumət təskilatlarının da bu sahədəki fəaliyyəti ücün əlverişli mühit formalaşdırmışdır. Onu da qeyd etmək istəyirəm ki, hazırda ölkəmizdə bütün sahələrdə olduğu kimi qeyri-hökumət təşkilatlarının da sürətli inkişaf dövrü başlanmışdır. Dövlət tərəfindən qeyri-hökumət təskilatlarının inkişafina göstərilən diqqət və qayğı bu prosesi xeyli sürətləndirmisdir.
Cəmiyyət inkişaf etdikcə vətəndaşların da hüquqi cəhətdən maariflənməsinə, insanların hüquqi yardım almasına daha çox ehtiyac duyulur. Elə "İnsan Hüquqları üzrə Müstəqil Monitorinq" İctimai Birliyi də vətəndaşların hüquq və azadlıqlarının qorunması işində bu və ya digər şəkildə iştirak etmək, onlara zəruri hüquqi yardımların göstərilməsi məqsədilə yaradılmısdır. Məlumat üçün bildirmək istəyirəm ki, təşkilatımız 2007-ci il mart ayının 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, "Qeyri-hökumət təşkilatları haqqında" Qanuna, digər normativ-hüquqi aktlara, eləcə də özünün nizamnaməsinə uyğun həyata keçirir. Təşkilatımızın əsas fəaliyyət istiqaməti insan hüquqları sahəsində monitorinqlərin keçirilməsi və hüquqi maarifçiliyin təbliğidir.
-İndiyədək bu sahədə hansı tədbirləri reallaşdıra bilmisiniz, nə kimi uğurlarınız olub?
-Birliyimiz fəaliyyətə basladığı vaxtdan bəri ölkəmizdə insan hüquqlarının qorunması, hüquqi maarifçiliyin təbliği sahəsində mühüm işlər görmüşdur. Müstəqil bir hüquq müdafiəçisi olaraq vətəndaşlara hüquqi yardımın göstərilməsini təşkil etmişik. Bu məqsədlə birliyimizin yerləşdiyi ünvanda Bakı şəhəri, (Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi, 2) hüquq məsləhətxanası yaratmışıq. Burada vaxtilə hüquq-mühafizə orqanlarında çalışmış təcrübəli mütəxəssislər çalışırlar. Hər həftənin ikinci və dördüncü günləri saat 14-dən 16-dək burada hüquqi yardıma ehtiyacı olan şəxslərin qəbulu keçirilir.
Ötən müddətdə birliyimiz tərəfindən müxtəlif konfranslar, seminarlar, "dəyirmi masa"lar və görüşlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Bundan əlavə, ölkədə keçirilən müxtəlif xeyriyyə marafonlarında və digər kütləvi tədbirlərdə iştirak etmişik. Biz "İnsan Hüquqları üzrə Müstəqil Monitorinq" İctimai Birliyi olaraq, Azərbaycan Respublikasının rayon məhkəmələrində monitorinqlər keçirmişik. İnsanların hüquqlarının qorunması üçün təmənnasız kömək etmişik. Monitorinq zamanı bizim təcrübəli hüquqşünaslarımız vətəndaşlara köməyini əsirgəmir.
Belə monitorinqlər zamanı bir sıra rayonların, o cümlədən Bərdə, Mingəçevir, Şəmkir, Tovuz rayon məhkəmələrinin işçilərinin fəaliyyətindən çox razı qaldıq.
Biz həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan idarə və müəssisələrdə monitorinqlər keçirdik. Orada tənha qocalarla görüşlər keçirdik. Onların yaşayış səviyyəsi, demək olar ki, yaxşıdır. Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iş prinsipi insan hüquq müdafiəçiləri kimi bizi qane edir. Bunları nəzərə alaraq onların bir neçəsinə fəxri diplomlar təqdim etmişik. Təşkilatımız bir sıra humanitar layihələrin də təşəbbüskarı və fəal istirakçısıdır. Bu məsələdə Azərbaycanda rus icmasının üzvləri ilə fəal əməkdaşlıq edir, birgə tədbirlər planı hazırlayıb uğurla reallaşdırırıq. Bununla belə, daha böyük nailiyyətlərə imza atmaq məqsədilə əməkdaşlarımız insan hüquqlarının qorunması və hüquqi maarifçilik sahəsində qabaqcıl dünya dövlətlərinin təcrübəsi, habelə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələri öyrənir və təbliğ edir.
- Əməkdaşlıqdan söhbət düşmüşkən, istərdik ki, Azərbaycanın aidiyyatı dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə münasibətlərin qurulmasına da bir qədər aydınlıq gətirəsiniz...
-İlk növbədə qeyd etmək istəyirəm ki, biz öz fəaliyyətimizdə əməkdaşlığa geniş yer veririk. Hətta xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif təşkilatların xalqımızın, dövlətimizin mənafeyinə zidd olmayan, qanunla qadağan edilməyən tədbirlərini dəstəkləyir, dəvət aldığımız tədbirlərdə iştirak edirik. O ki qaldı yerli dövlət və qeyri-hökumət təşkilatları ilə münasibətlərin qurulmasına, birgə əməkdaşlığa bu, bizim fəaliyyətimizin əsas istiqamətlərindəndir. Bu baxımdan mən Ədliyyə Nazirliyi ilə əməkdaşlığımızı xüsusi qeyd etmək istəyirəm. Məhz bu əməkdaşlıq nəticəsində ölkənin ayrı-ayrı şəhər və rayon məhkəmələrində monitorinqlərin keçirilməsi ilə bağlı mühüm işlər aparmaq mümkün olmuşdur.
Apardığımız monitorinqlərin əsas məqsədi Azərbaycan Respublikasının məhkəmələrində baxılan işlərin səviyyəsi, bu sahədə olan nöqsanların üzə çıxarılması, yerlərdəki məhkəmə binalarının vəziyyəti, işçilərin vətəndaşlarla davranışı və sair barədə məlumat toplamaqdır. Xüsusən vətəndaşların hüquqlarının məhkəmələrdə qorunması işlərinin səviyyəsini öyrənmək məqsədilə apardığımız monitorinqlər zamanı bütün qeyd etdiyimiz məsələlər ətraflı araşdırılaraq sənədləşdirilmiş və yazılı formada yayılmışdır. Qeydə aldığımız bir sıra qanun pozuntuları, bəzi məhkəmələrdə yol verilən süründürməçilik halları bizi bu sahədə daha ciddi işləməyə, monitorinqlərin sayını artırmağa sövq etmisdir. Bununla belə, ölkəmizin məhkəmə sistemində aparılan islahatların müsbət nəticələri də diqqətimizdən yayınmamışdır.
Hakimlərin yüksək iş yükünün məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərdiyini nəzərə alan ölkə Prezidenti İlham Əliyevin 2006-cı il avqust ayının 17-də "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" imzaladığı fərmandan sonra bu sahədə nəzərəçarpacaq dəyişikliklər baş vermişdir. Artıq məhkəmələrdə süründürməçilik halları xeyli azalmış, məhkəmə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, onların müasir tələblərə cavab verən bina, habelə maddi-texniki baza, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi hakimlərin işində də xeyli dönüş yaratmışdır.
Ötən müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi, təhsil və səhiyyə nazirliklərinə onların tərkibində olan təşkilatlarda monitorinqlər keçirməklə bağlı məktublar ünvanlamış və müraciətlərimizə müsbət cavablar da almışıq. Bu faktın özü Azərbaycanda insan hüquqlarının qorunmasına dövlət və onun məmurları tərəfindən çox güclü dəstəyin olduğunu nümayiş etdirir. Bu da bizi daha fəal işləməyə sövq edir. Yaxın vaxtlarda biz monitorinqlərin keçirilməsi ilə bağlı Daxili İşlər, Müdafiə, Mədəniyyət və Turizm, həmçinin Gənclər və İdman nazirliklərinin rəhbərliklərinə də müraciətlər ünvanlamağı planlaşdırmışıq.
-Bir qədər də gələcək planlarınız haqqında məlumat verərdiniz.
-Qarşıdakı dövr üçün planlarımız, görmək istədiyimiz işlər çoxdur. İlk növbədə çalışırıq ki, ölkəmizdə insan hüquqlarının qorunmasının vəziyyəti ilə bağlı apardığımız monitorinqlər bütün yaş qruplarını əhatə etsin. Xüsusən də uşaq hüquqlarının qorunması, o cümlədən məktəbyaşlı uşaqların hüquqlarının müdafiəsi ilə bağlı geniş tədbirlərin keçirilməsini nəzərdə tutmuşuq. Onu da deyim ki, bununla bağlı monitorinqlər Təhsil Nazirliyinin nəzarətində olan bütün məktəblərdə aparılacaq və bu, çox irimiqyaslı aksiya olacaqdır. Burada əsas məqsəd uşaqlara hüquqlarını başa salmaq və onların hüquqlarını pozanlara qarşı mübarizə yollarını öyrətməkdən ibarətdir.
Bundan əlavə, ölkədə yerləşən uşaq evləri və internatlarda mütəmadi olaraq çox geniş tərkibdə monitorinqlərin, görüşlərin, anketləşmənin aparılması istiqamətində fəaliyyətimizi daha da gücləndirməyi qarşımıza məqsəd qoymuşuq. Bu məqsədlə uşaq evlərinin təhkim olunduğu qurumların rəhbərliklərinə görəcəyimiz işlərin siyahısı əks olunmuş məktublarla müraciət etmiş və müsbət cavablar da almışıq.
Yeri gəlmişkən, son illər ölkəmizdə yerləşən ayrı-ayrı uşaq evləri və internatlara diqqət və qayğının xeyli artırılması hiss olunur. Xüsusən də dövlət başçısı İlham Əliyev və ölkənin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın bu sahədəki fəaliyyətləri diqqəti cəlb edir. Eyni zamanda, uşaqlara qayğı və diqqət hamının işi olmalıdır və hesab edirəm ki, imkanı, gücü olan hər bir şəxs bu məsələdə öz köməyini əsirgəməməlidir.
Gələcək planlarımıza daxil olan məsələlərdən biri də ölkəmizin ayrı-ayrı bölgələrində birliyimizin nümayəndəliklərinin açılması ilə bağlıdır. Bundan da başlıca məqsəd odur ki, bu gün vətəndaşlarımızın müəyyən qismi, xüsusən bölgələrdə yaşayan insanlar qanunları bilməməklə yanaşı, öz hüquqlarını da aydın dərk etmirlər. Həmin şəxslər isə hüquqlarının müdafiəsi məsələsində müəyyən çətinliklərlə üzləşirlər. Buna görə də hazırda vətəndaşların, xüsusən də bölgələrdə yaşayan şəxslərin müxtəlif hüquqi yardımlara daha çox ehtiyacları var.
Sonda onu da qeyd etmək istəyirəm ki, vətəndaşlarımızın hüquqlarının qorunması işində bizə yardımçı olmaq istəyən, hüquq təhsilli saf, təmiz niyyətli şəxsləri "İnsan Hüquqları üzrə Müstəqil Monitorinq" İctimai Birliyi ilə əməkdaşlığa dəvət edirik. Bizdən pulsuz hüquqi yardım almaq istəyən bütün vətəndaşlar isə yuxarıda göstərdiyim ünvana müraciət edə və ya (012) 415-24-49 nömrəli telefonla əlaqə saxlaya bilərlər.
{nl}
Q.PİRİYEV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.