Şirməmməd Hüseynov: 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini yüksək qiymətləndirirəm

“Hər bir nəsil öz keçmişi haqqında aydın təsəvvürə malik olmalıdır. Azərbaycanda yeni nəsil müstəqil dövlətçilik, millətçilik ruhunu öyrənməli, bu ruh onun qanına, canına, vicdanına hopmalıdır. Tarix ancaq onu öyrənib imtahan vermək üçün deyil. Müsəlman Şərqində ilk demokratik cümhuriyyəti yaradan şəxsləri, onların yaratdığı ideologiyanı, məfkurəni yeni nəsilə öyrətmək lazımdır. Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi məhz buna xidmət edir”.

Bu sözləri APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) professoru, Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı Şirməmməd Hüseynov deyib.

Professor Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə hazırlaşmasını yüksək qiymətləndirib: “Dövlətin bu bayrama hazırlaşması çox yaxşıdır. Biri də var hər bir kollektiv, hər bir vətəndaş bu bayrama hazırlaşa. Novruz bayramını hər bir vətəndaş öz ailəsində qeyd edir. Bəs niyə müstəqil dövlətin elan olunduğu 28 may tarixini hərə öz ailəsində bayram kimi qeyd etməsin?! Bu günü bayram kimi qeyd etmək yox, məhz yaşamaq lazımdır. Üzeyir bəy Hacıbəylinin məşhur sözü var: “Bu vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir”. Məhəmməd Əmin Rəsulzadə də eyni sözləri deyib. Gərək hər kəs bunu bilə. Millət bilməlidir ki, bütün Azərbaycan onun vətənidir, onun mülküdür, onun əmələ gəldiyi və öləcəyi yerdir. Azərbaycan prezidenti sağ olsun ki, 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. Amma hər bir ziyalı, hər bir vətəndaş da bu bayramı qeyd etməlidir. Mənim 94 yaşım var. 50 ildir bu bayrama hazırlaşıram”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında