Deputat Musa Quliyev: Prezident bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə dünyaya ölkəmizin böyük müstəqillik tarixi barədə mesaj verdi

2018-ci ilin ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsi dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır.

Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə Azərbaycan xalqının deyil, müsəlman dünyasının tarixində çox mühüm hadisə idi: “İlk demokratik respublikanın Azərbaycanda yaradılması bizim xalqın dünya xalqları içərisində nə qədər inkişaf etmiş və öz qiymətini bilən xalq olduğunun ifadəsidir. Təəssüflər olsun ki, Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, amma onun qoyduğu ənənələr əsrin sonunda Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən tam həyata keçirildi”.

M.Quliyev vurğulayıb ki, müasir Azərbaycanın özünü Xalq Cümhuriyyətinin varisi elan etməsi də tarixə, tarixi şəxsiyyətlərə hörmətin ifadəsidir: “Prezident İlham Əliyev bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə dünyaya ölkəmizin böyük müstəqillik tarixinin olması barədə mesaj verdi. Eyni zamanda Azərbaycan xalqının dövlətçilik ənənəsinin olması və bu ənənənin yaşadılması, tarixi şəxsiyyətlərə hörmət edilməsi də bu ifadədə öz əksini tapır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında