Birlik həmişə qələbənin rəhnidir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük qürur və fəxarət hissi ilə qeyd edirik. Adətən, bayramlarda  insanlar öz doğmalarını, yaxınlarını və dostlarını təbrik edərlər. Digər bayramlarla müqayisədə 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəliyi Günü isə daha  geniş bir miqyasda qeyd edilir. Biz üzümüzü dünyaya səpələnmiş soydaşlarımıza tutaraq onları təbrik edirik.

Həqiqətən də, bu günü ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən bir bəyanatı kimi qiymətləndirmək lazımdır. Birlik həmişə qələbənin rəhnidir. Bu bayram dünyanın 70-dən  artıq ölkəsində yaşayan hər bir azərbaycanlının həmrəylik günüdür.

Hazırda azərbaycanlıların ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. İndi biz dünya azərbaycanlılarının hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Soydaşlarımızın vətənpərvərlik, milli kökə bağlılıq  hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün  zəruri tədbirlər görülür. Bu gün Azərbaycan müstəqil dövlət kimi öz yolunda  inamla addımlayır. Ökəmizdə sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunub. Bundan başqa, qürur hissi ilə deyə bilərik ki, təşəbbüskarı olduğumuz beynəlxalq layihələrin həyata keçirilməsində də  yüksək nailiyyətlər əldə etmişik.  Bütün bu uğurlar respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Sadalanan nailiyyətlərin əsasında isə ümummilli lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır. Bu kurs hazırda Prezident İlham Əliyev  tərəfindən layiqincə davam etdirilir.

Əziz həmvətənlər, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hər birinizə  ən xoş arzularımı çatdırıram. Dövlətimiz və Vətənimiz naminə daim həmrəy olmağımızı diləyirəm. Bu gün müstəqil Azərbaycan güclü dövlət kimi dünyanın diqqət mərkəzindədir. Bizim də vəzifəmiz qüdrətli dövlətimizin daha da çiçəklənməsi və inkişaf etməsinə öz birliyimizlə töhfə verməkdir.  Bir  daha hər kəsi  Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, uğurlar arzulayıram. 2018-ci il sülh, əmin-amanlıq ili olsun!

Nizami CƏFƏROV,
Milli Məclisin deputatı, akademik


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında