Yola saldığımız il əlamətdar hadisələrlə yadda qalacaq

 Bu il Azərbaycan beynəlxalq arenada böyük nüfuz qazandı. Bu uğurlar Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində mümkün olmuşdur. Biz öz ölkəmizlə fəxr edirik və bu gün hər birimiz Azərbaycanın inkişafı, daha da güclənməsi üçün çalışırıq.

 Qarşıdan yeni il gəlir. Arzulayıram ki, 2018-ci ildə də Vətənimizin hər bir vətəndaşı, hər bir azərbaycanlı firavan, qayğısız və xoşbəxt yaşasın.

Söz yox ki, başa çatan 2017-ci il həyatımızın bir çox sahələrində əlamətdar hadisələrlə yadda qalacaq. Əvvəlki illər kimi Azərbaycanın mədəni həyatı daha da zənginləşmişdir. Xüsusilə, musiqi sahəsində böyük uğurlar qazanılmış çoxsaylı festival və konsertlər keçirilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Muğam Aləmi Festivalı, Qəbələ Beynəlxalq Festivalı, Rostropoviç Festivalı, Bakı Caz Festivalını xüsusi qeyd etmək olar. Böyük populyarlıq qazanmış bu festivallarda görkəmli musiqiçilər çıxış etmişlər.

Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının kollektivi də yola saldığımız il ərzində fəal çalışmışdır. Tələbələrimiz beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış etmiş, laureat adına layiq görülmüşlər.

Şəxsən mənim üçün 2017-ci il böyük hesabat dövrü olmuşdur və yubileyimi qeyd etməyə toplaşmış Moskva, Bakı musiqisevərləri qarşısında konsert proqramları ilə çıxış etmişəm. Mənimlə bərabər sənət dostlarımın və tələbələrimizin çıxışlarından fərəh hissi keçirmişəm. Mən həmişə Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın göstərdiyi böyük qayğı və dəstəyi yüksək qiymətləndirmişəm.

Bu il mənim üçün bir də ona görə əlamətdar olmuşdur ki, Prezidentin sərəncamı ilə “İstiqlal” ordeninə layiq görülmüşəm. Mədəniyyətimizə və şəxsən mənə göstərilən bu diqqətə görə Prezidentimizə bütün musiqi ictimayyəti adından dərin təşəkkürümü bildirirəm. Xalqıma isə Yeni ildə daha böyük uğurlar, sülh və əmin-amanlıq arrzulayıram.

 Fərhad BƏDƏLBƏYLİ,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru,
SSRİ Xalq artisti, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında