Uğurlarımız fərəh doğurur

Əziz dostlar! Yeni -- 2018-ci ilin astanasındayıq. Yola saldığımız 2017-ci il digər sahələrdə olduğu kimi, xalqımızın mədəni həyatında da bir sıra əlamətdar hadisələrlə zəngin olub. Azərbaycanın ənənəvi musiqi irsinin yaşadılması və yeni nəslə ötürülməsində aparıcı rol oynayan tədris ocağının rəhbəri kimi, bu il ən çox qurur duyduğum hadisə – “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”nin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsidir.

Bu uğurun qazanılmasında ölkəmizin həmin mötəbər təşkilatla əməkdaşlığının inkişafında və mədəni irsimizin dünya miqyasında təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həlledici rolu olmuşdur.

Beynəlxalq miqyasda atdığımız bu cür mühüm addımlar nəinki qədim musiqi ənənələrimizin qorunmasını şərtləndirir, habelə gənc nəslin xalq musiqisinə, onu yaşadan çalğı alətlərinə olan marağını artırır, bu sahədə daha təşəbbüskar və fəal olmağa çağırır. Təsadüfi deyil ki, bizim milli musiqi ifaçılarının, Azərbaycan Milli Konservatoriyasının  istedadlı müəllim və tələbələrinin sorağı bu il də dünyanın ən mötəbər konsert salonlarından, festival və müsabiqələrindən gəlmişdir. AMK-nın dosenti, Əməkdar artist, sevilən tar ifaçımız Sahib Paşazadə bu il 60-dan çox ölkənin təmsil olunduğu XI Beynəlxalq Səmərqənd Musiqi Festivalında ən yüksək mükafata -- Qran-pri-yə layiq görülmüşdür.

Bu il keçirdiyimiz I Beynəlxalq “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda elmi–praktik konfransda isə ABŞ, Yaponiya, Kanada, Türkiyə, Rusiya, Hollandiya, Qazaxıstan və s. ölkələrdən nüfuzlu alimlər iştirak etmiş, öz çıxışlarında milli musiqimizin müasir durumunu yüksək qiymətləndirmişlər. Təbii ki, bütün bu uğurlar bizi çox sevindirir və gələcək işimizə daha yüksək tələblərlə yanaşmağa sövq edir.

İnanıram ki, yeni ildə bütün xalqımızla birgə biz - mədəniyyət xadimləri də Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda hökm sürən möhkəm əmin-amanlıq və sabitlik şəraitində yaşayıb-yaradacağıq. Qoy 2018-ci il xalqımızın tarixinə şanlı illərdən biri kimi daxil olsun!

Siyavuş Kərimi,
 Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında