Xalqımız 2018-ci ildə daha möhtəşəm qələbələrə imza atacaq

Bir neçə saatdan sonra 2017-ci il tarixə qovuşacaq. İl ərzində yaşanan əlamətdar hadisələr yaddaşımızdan heç zaman silinməyəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru atılan inamlı addımlar gələcək uğurlarımızın əsasına çevriləcək. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Azərbaycanda iki milyardıncı ton neftin hasil olunması, Bakının “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransına ev sahibliyi etməsi,  Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması hələ uzun müddət xatırlanacaq.

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasının birinci mərhələsinin başa çatması ilin ən mühüm hadisələrindən birinə çevrildi. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamına əsasən, kənddə birinci mərhələdə 50 yaşayış evi, məktəb, Şuşadakı məscidin bənzəri tikildi, müvafiq infrastruktur yaradıldı. Azərbaycanda ilk dəfə icbari tibbi sığortanın tətbiqinə başlanıldı. Gənc alimlərin birinci qurultayı keçirildi. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdi. Sonuncu hadisə ilə bağlı onu da deyim ki, Azərbaycan milli komandası bu Oyunlarda 75 qızıl, 50 gümüş və 37 bürünc medalla (162 medal) Oyunların qalibi oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşdı.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması, Bakıda qadın voleybolçular arasında Avropa çempionatının keçirilməsi, Azərbaycan Gimnastika Federasiyasının baş katibinin Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi ölkəmizin  nüfuzunun daha da artmasından xəbər verir.

Burada bir məqamı da xatırlatmaq istərdim. Akademik Zərifə Əliyeva adına liseyin doqquzuncu sinif şagirdi Reyhan Camalovanın Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində ixtirası ilə iştirak edərək dünyanın diqqətini Azərbaycana yönəltməsi hamımızı qürurlandırdı.  ABŞ Prezidenti Donald Trampın qızı və baş müşaviri İvanka Tramp Azərbaycandan olan Reyhan Camalovanın nailiyyətini təqdir edərək onun belə gənc yaşında yağış suyundan enerji alınması ilə bağlı ixtirasını alqışladı. 

Yuxarıda sadaladığım uğurlar yola saldığımız  2017-ci ilin diqqətçəkən hadisələrinin az bir hissəsidir. Əlamətdar nailiyyətlər barədə çox danışmaq olar. Sadəcə onu deyə bilərəm ki, bu uğurlar davamlı olacaq. Xalqımız 2018-ci ildə  daha möhtəşəm qələbələrə imza atacaq.

Zaur MİRZƏ-ZADƏ,
Dünya Azərbaycanlıları İctimai Mərkəzinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında