Akademik Ziyad SƏMƏDZADƏ: Dövlət büdcəsinin ÜDM-də payı 35 faizə çatdırıla bilər

“1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Azərbaycanın dövlət büdcəsi 2 milyard dollar idi. O zaman dövlət büdcəsi ÜDM-in 13 faizini təşkil edirdi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, hazırda dövlət büdcəsi ÜDM-in 29-30 faizini təşkil edir. “Dövlət büdcəsinin ÜDM-də payını 35 faizə çatdıra bilsək, Dayanıqlı İnkişaf Məqsədlərinin xeyli hissəsinə nail ola bilərik”, - deyə Z.Səmədzadə vurğulayıb.

Parlament komitəsinin sədri deyib ki, Azərbaycan iqtisadiyyatına yeni yanaşma olmalıdır. Onun sözlərinə görə, iqtisadiyyatda strateji planlaşdırma çox vacibdir: “Ola bilsin ki, biz strateji planlaşdırma ilə bağlı qanun qəbul edək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında