Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevə inanır, güvənir, etibar və etimad göstərir

Mən müxtəlif məsələlərlə bağlı rəy sorğularının keçirilməsini normal hal hesab edirəm və bu, dünyada artıq bir ənənə halını alıb. Bu baxımdan, 2018-ci ildə respublikamızda keçiriləcək  prezident seçkiləri ərəfəsində “ELS - Müstəqil Araşdırmalar Mərkəzi”nin mövcud ictimai-siyasi  şəraitin qiymətləndirilməsi, seçici fəallığı, habelə digər zəruri  məsələlərlə əlaqədar ölkə ərazisində sosioloji tədqiqat və sorğu aparmasını da demokratik dəyərlərə yaradılan əlverişli şərait kimi qiymətləndirirəm. Son illər ölkəmizdə  rəy sorğularının  mütəmadi keçirilməsi  bir daha təsdiqləyir ki, artıq Azərbaycan cəmiyyətində oturuşmuş, formalaşmış rəy mövcuddur. Rəy sorğularının nəticələri bir daha təsdiqləyir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti iqtidara, xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyevə inanır, güvənir, etibar və etimad göstərir.

Heç şübhəsiz ki, bu inam, bu güvən və etimad da elə-belə yaranmayıb. Bu, illərin zəhməti hesabına mümkün olub, Azərbaycan insanı naminə ortaya qoyulan fəaliyyət, xidmət sayəsində yaranıb. İstər ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət kursu, istərsə də həmin kursu 14 illik fəaliyyəti dövründə uğurla və layiqincə davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dövləti, Azərbaycan insanı naminə həyata keçirdiyi daxili və xarici siyasət vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına, onların təhlükəsizliyinin tam mənasında qorunmasna xidmət edib və  bu gün də etməkdədir. Təbii ki, hər birimiz gündəlik həyatımızda bunu görür, hiss edir və qiymətləndiririk.

Tam qətiyyətlə və inamla demək olar ki, Azərbaycan vətəndaşlarının və seçicilərinin dəstəyi sayəsində 1993-cü ildən bu vaxta qədər yürüdilən siyasət kursu, o cümlədən, İlham Əliyev iqtidarı hələ uzun illər davam edəcək, respublikamıza öz növbəti  töhfələrini verəcək. “ELS - Müstəqil Araşdırmalar Mərkəzi”nin rəy sorğusu, onun nəticələri də bunun bir daha təsdiqi oldu. Məlum nəticələr  bir daha Azərbaycan reallığını və həqiqətini olduğu kimi ortaya qoyur.

Eldar İBRAHİMOV,
Milli Məclisin aqrar siyasət
komitəsinin sədri, professor

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında