Halit Eren: Azərbaycanda fərqli dinlərə və millətlərə mənsub insanların birlikdə yaşamaq mədəniyyəti təqdirəlayiqdir

 Azərbaycanda fərqli dinlərə və millətlərə mənsub insanların birlikdə yaşamaq mədəniyyəti təqdirəlayiqdir. Bu ölkədə yüksək səviyyəli tolerant və multikultural mühit mövcuddur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransında iştirak edən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin baş direktoru Halit Eren deyib.

2017-ci ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsinin nümunəvi addım olduğunu vurğulayan Halit Eren deyib ki, dövlət başçısının bu təşəbbüsü mühüm əhəmiyyətə malikdir. Hazırda buna böyük ehtiyac var. “İslam Həmrəyliyi ili” çərçivəsində Azərbaycanla yanaşı, Türkiyədə, Özbəkistanda, İspaniyada, Rusiyada və dünyanın digər ölkələrində önəmli tədbirlər keçirilib. Bu uğurlu tədbirlər Bakıda yekun beynəlxalq konfransla tamamlandı. Konfransda İslam həmrəyliyinin önəmi ilə bağlı çox səmərəli müzakirələr aparıldı. Əminik ki, bu konfransın mühüm nəticələri olacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında