Azərbaycan xalqı dövlət başçısının siyasi kursunu ürəkdən dəstəkləyir

Dekabrın  21-də  Bakıda  keçirilən “2017-İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın işini  televiziya  vasitəsilə  diqqətlə izlədim. Prezident  İlham Əliyevin  konfransdakı  geniş və əhatəli  nitqi həqiqətən ictimaiyyət arasında  böyük əks-səda doğurmuşdur.

Ölkə  başçısının  nitqindən  bir neçə məqamı  qeyd etmək istərdim. Prezident  İlham Əliyev  bildirdi: “Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.”

2017-ci ilin  ölkəmizdə  “İslam Həmrəyliyi ili”  elan olunmasından  sonra  Azərbaycanda  bu istiqamətdə həyata  keçirilən  tədbirlər ölkəmizin  İslam dəyərlərinə  sadiqliyinin nümunəsidir. Bu il  paytaxtımızda  keçirilən  İslam Həmrəyliyi  Oyunları bu tədbirlərin ən möhtəşəmi idi. Bu Oyunlar  Azərbaycanı  İslam  dünyasına  daha da  yaxınlaşdırdı.

Bu  gün Azərbaycanda İslami dəyərlərə  belə  diqqət yetirilməsi  ulu öndərin ideyalarından bəhrələnir. Ulu öndər  deyirdi: “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir” – deyən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, vaxtilə qadağalara məruz qalan xalqımızın özünəməxsus adət-ənənələri, milli və dini bayramları xalqa qaytarılmışdır”.

Bu  gün  ulu öndərin siyasi kursunun  layiqli  davamçısı olan Prezident  İlham Əliyevin  uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul model kimi qəbul olunur və bəyənilir.

Cənab Prezidentin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Azərbaycan  xalqı   bu  xidməti  yüksək dəyərləndirir və  ölkə başçısının  siyasi kursunu ürəkdən dəstəkləyir.

Vəfa ƏLİYEV,
 filologiya üzrə fəlsəfə  doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında