“Prezident – xalq” birliyinin sarsılmaz olduğu bir daha təsdiqləndi

Xəbər verildiyi kimi,  2018-ci ildə respublikamızda keçiriləcək  prezident seçkiləri ərəfəsində “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” Azərbaycandakı mövcud ictimai-siyasi  vəziyyətin qiymətləndirilməsi, seçici fəallığı,  habelə digər zəruri  məsələlərlə əlaqədar ölkə ərazisində sosioloji tədqiqat və sorğu aparıb. Azərbaycanın 68 rayonunda keçirilən sorğunun  əsas məqsədi əhalinin seçki ərəfəsində  ölkənin bugünkü ictimai-siyasi vəziyyətinin qiymətləndirilməsi, həyata keçirilən daxili və xarici siyasətə münasibətini öyrənmək olub. Həmçinin sorğu zamanı respondentlərə gələn həftə prezident seçkiləri keçiriləcəyi halda  Prezident İlham Əliyevə səs
verib-verməyəcəklərinə dair sual da olub.

Rəy sorğusunun yekunu ilə əlaqədar Milli Məclisin deputatı Elman Məmmədov dedi:

 – “ELS - Müstəqil Araşdırmalar Mərkəzi”nin apardığı rəy sorğusunun nəticələri ilə tanışam. 18 və daha yuxarı yaşlı əhalinin iştirak etdiyi sorğuda,  ümumilikdə, 4560 respondentin rəyi öyrənilib.  Hesab edirəm ki, bu qurumun sorğu keçirmək sahəsində təcürbəsi var. Elə sonuncu sorğunun keçirilməsi üçün də qabaqcadan xüsusi hazırlıq işləri görülməsi və bu sahədə təcrübəsi olanlardan ibarət  qrupun yaradılması da bundan xəbər verir.

Rəyi soruşulanların 85,2 faizi Prezident İlham Əliyevə  yenə də səs verəcəyini bildirib. Bu, “Prezident-xalq” vəhdətinin sarsılmaz olduğunu bir daha təsdiqlədi. Son illər dünyanı maliyyə və iqtisadi böhran bürüsə də, Azərbaycanda əhalinin həyat səviyyəsi yaxşılaşmışdır. Regionlarda yeni istehsal və sənaye müəssisələrinin yaradılması, zəruri kənd təsərrüfatı məhsullarının istehsal və əkin sahələrinin artırılması, toplanılan məhsulun dəyərinin yerindəcə ödənilməsi əhalinin rifah halını daha da yaxşılaşdırmış, yeni iş yerlərinin sayı artırılmışdır.

Hər birimizin ən böyük dərdi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlət başçımızın qətiyyəti, dünyada dəstəklənən mövqeyi doğma yurdlarından didərgin salınmış soydaşlarımızın gələcəyə olan inamıını daha da artırmışdır. Xüsusilə, ötən ilin Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunu darmadağın etməsi, 24 ildən artıq bir vaxtda işğal altında olan ərazilərimizin, habelə strateji əhəmiyyət kəsb edən bir sıra yüksəkliklərin düşməndən azad edilməsi əhalinin dövlətimzin başçısı ətrafında daha sıx birləşməsini şərtləndirir. Artıq məcburi köçkün soydaşlarımız doğma ocaqlarına qayıdırlar. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 24 ildən sonra yerli əhalinin toy–bayram etməsi Böyük qayıdışın başlanğıcı oldu. Hər cür şəraiti olan 50 ev artıq kənd sakinlərinin ixtiyarına verilib. Bu gün-sabah daha 100 ailə doğma kəndlərində məskən salacaq. Hər cür infrastruktura malik 100 ev tam hazır vəziyyətdə sakinlərin yolunu gözləyir. Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsidir.

Məhz buna görə də Prezident İlham Əliyevin həyata keçirdiyi  siyasəti qiymətləndirənlərin 91,4 faizi bu siyasi xətti dəstəklədiyini bildirib. Rəyi soruşulanların böyük əksəriyyətinin Azərbaycanın həyatında baş verən əhəmiyyətli hadisələr sırasında ilk növbədə 2016-cı ilin Aprel döyüşlərindəki qələbəni və Böyük qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlını qeyd etmələri xüsusi vurğulanmalıdır. Bu, bir daha təsdiqləyir ki, işğal altında olan ərazilərimizin yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs sayəsində azad ediləcəyinə artıq əhalidə  böyük inam yaranıb. Bunu rəy sorğusunun nəticələri də təsdiləyir: Rəyi soruşulanların 85,2 faizi Prezident İlham Əliyevi yenidən dövlət başçısı kürsüsündə görmək arzusundadır.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında