Sərraf ORUCOV: Sosioloji tədqiqatın nəticələri reallığı əks etdirir

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ilə bağlı ölkədəki mövcud ictimai-siyasi durumu qiymətləndirmək, seçici fəallığını öyrənmək məqsədilə sosioloji tədqiqat keçirib. Sorğunun nəticələri ölkə ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanıb. “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu”nun rəhbəri, Qarabağ və Əfqanıstan müharibələri veteranı Sərraf Orucov bu barədə  bunları dedi:

-Mən “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin keçirdiyi sosioloji tədqiqatın nəticələri ilə diqqətlə tanış olmuşam. Dərhal qeyd etməyi özümə borc bilirəm ki, sözügedən nəticələr bu gün ölkəmizdə formalaşan ictimai fikri adekvat olaraq əks etdirir.

Reallıq budur ki, Azərbaycan vətəndaşları müstəqil dövlətimizin lideri Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunu tamamilə dəstəkləyirlər və buna heç bir alternativ görmürlər. Hamı yaxşı bilir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu müdrik siyasi kurs Azərbaycan dövlətinin və xalqının parlaq gələcəyinə xidmət edir. Düşünürəm ki, məhz əhalinin böyük əksəriyyətinin dövlətimizə və onun liderinə bəslədiyi dərin inam və etimad hissi “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin keçirdiyi sosioloji tədqiqatının nəticələrinə də öz müsbət təsirini göstərib. 

Diqqət yetirin. Sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndiriblər. Bu, ona dəlalət edir ki, Azərbaycan vətəndaşı dövlətin bu istiqamətdə fəaliyyətindən razıdır. Başqa bir qürurverici fakt budur ki, “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz” sualının cavabında respondentlərin 85,2 faizi İlham Əliyevə səs verəcəyini qeyd edib.

Bir məqamı da vurğulamaq istəyirəm. Mən şəxsən ölkə Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyevin liderliyi ilə Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağın yaxın gələcəkdə düşməndən tamamilə azad ediləcəyinə bütün qəlbimlə inanıram. Əminəm ki,
Prezident İlham Əliyevin apardığı müdrik və qətiyyətli siyasət bizi günbəgün Qarabağda Böyük Qələbəmizə yaxınlaşdırır.

Söhbəti qələmə aldı: 
Məsaim ABDULLAYEV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında